![]() |
![]() |
Akif Nəsirli sözlərinə belə davam edib: “İndi bazarda olan alçalar artıq yeni çiçəkdən düşüb. Bir neçə həftədən sonra açıq şəraitdə kütləvi şəkildə alça bazara çıxarılacaq və alçanın qiyməti ucuzlaşacaq.
Hazırda satışda olan alçalar isə xüsusi şəraitdə istixana şəraitində yetişdirilmiş məhsullardır. Belə alçaların yetişdirilməsi xeyli xərc tələb edir. Bu səbəbdən həm xərci çoxdur, həm də bu cür alça yetişdirənlərin sayı azdır. Məhz buna görə də alçanın qiyməti bahadır.
Qeyd etdiyim kimi, iki həftə əvvəl alçanın kilosu 600-700 manat idi. İndi isə artıq 100 manata düşüb. Yaxın zamanda bu rəqəm 50, sonra 40, daha sonra isə tədricən 5 manata, hətta 1 manata qədər enə bilər. Hazırda Azərbaycanda alça yetişdirilməsi genişlənir. Buna görə də hesab edirəm ki, bu il alçanın qiyməti ötən illərlə nisbətən bir qədər aşağı düşəcək”.