Məlumdur ki, ölkəmizdə su təsərrüfatı əsas sahələrdən biridir və bu sahəni inkişaf etdirmək, həmçinin bu sahəyə aid problemləri aradan qaldırmaq və s. hər zaman qarşımızda duran əsas vəzifələrdən bir hesab olunur.


Unutmaq olmaz ki, yaşadığımız ictimai həyatın bir sahəsi olaraq su təsərrüfatısahəsini inkişaf etdirmədən nə ərzaq bolluğuna, nə də ki, həlli vacib olan problemlərin həllinə nail ola bilərik. Qeyd edək  ki, 2019-2023-cü illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı “Dövlət Proqramı”nda əsas prioritet vəzifələrdən biri də, məhz ölkəmizdə su təsərrüfatı sahəsini inkişaf etdirmək, hər kəsin su ilə təminatını yaxşılaşdırmaqdan ibarətdir. Ələlxüsus regionlarda bu məsələnin həlli daha aktuallıq kəsb etdiyindən, bu gün də dövlət-hakimiyyət orqanlarının əsas nəzər-diqqəti, məhz bu sahənin inkişafına yönəldilmişdir. Qeyd edək ki, su ictimai həyatımızın davamlı inkişafının təmin olunmsında əsas amillərdən biridir. O halda sual oluna bilər ki, görəsən bu sahədə çalışan hər kəs daşıdığı vəzifəsindən asılı olmayaraq, üzərinə düşən vəzifə borcunun məsuliyyətini lazımi səviyyədə dərk edib lazımi addımlarını atırmı? Əsla yox! Məsələn, adicə Sabirabad şəhəri, Vidadi küçəsi-17 ünvanında yerləşən və Tapdıq Balaqardaş oğlu Bağırovun rəhbərliyi altında fəaliyyət göstərən Sabirabad Melioservis İdarəsinin fəaliyyətinə diqqət yetirək. Bu idarənin fəaliyyəti birbaşa su təsərrüfatının inkişaf etdirilməsi ilə bağlı olsa da, idarənin həyətindəki yaşıllıqların susuzluqdan quruyub acınacaqlı vəziyyətə düşməsi, məhz bu gün də hər kəsi ciddi şəkildə düşünməyə vadar edir.

Sabirabadın Melioservis İdarəsi yaşıllıqlara “qənim kəsilib?” - SƏBƏB

O halda sual oluna bilər ki, əgər Sabirabad Melioservis İdarəsinin fəaliyyəti su təsərrüfatının inkişaf etdirilməsi ilə bağlıdırsa, bəs səbəb nədir ki, bu idarənin həyətindəki yaşıl ağacların çoxu susuzluqdan məhv olub? Deməli, ümumi mənzərənin varlığı onu söyləməyə əsas verir ki, hörmətli Tapdıq Bağırovun rəhbərlik etdiyi bu idarənin həyətindəki yaşıl ağacların çoxu susuzluqdan quruyursa, deməli rayonun su təsərrüfatının inkişafından heç bir halda söhbət gedə bilməz. Yəni, əgər bir idarənin həyətyanı sahəsindəki yaşıllıqlara bu cür münasibət bəslənilirsə, deməli rayon sakinlərinin problemlərinə daha betər münasibət bəslənilir.
  Diqqəti cəlbedən məsələlərdən biri də, Sabirabad Melioservis İdarəsinə aid məlumat cədvəlində bu idarəyə aid heç bir telefon və ya faks nömrəsinin qoyulmamasıdır. O halda sual oluna bilər ki, görəsən Sabirabad rayonu üçün strateji əhəmiyyət kəsb edən bu idarəyə aid heç bir əlaqə nömrəsinin qoyulmamasınının kökündə nə durur? Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dinləyə bilərik.

DİPLOMUNA GÖRƏ PREZİDENTİN KÖMƏKÇİSİ VƏ MƏTBUAT KATİBİNƏ ÜZ TUTDU - AzTU-nun rektorundan ŞİKAYƏT

"Görünür, özümü yandırmalıyam və ya hündür mərtəbəli binanın üzərinə çıxıb atmalıyam ki, mənə yaradılmış problemə diqqət yetirilsin".

 Bu fikirlər Azərbaycan Texniki Universitetinin (AzTU) Nəqliyyat və Logistika fakültəsini 2021-ci ildə bitirən, amma bu günə kimi diplomunu ala bilməyən Davudov Pərviz Rahim oğlunun Faktinfo.az saytına göndərdiyi növbəti məktubundandır.

 Şikayətçi bildirir: "Azərbaycan Respublikasının Təhsil Nazirliyinə, Texniki Universitetin rektoruna, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (ombudsman) rəsmi məktub yazmışam, mətbuat üzərindən Prezident Administrasiyasının şöbə müdiri Fərəh Əliyevaya müraciət edərək xahiş etmişəm, amma tapdanmış haqq və hüququmu bərpa edə bilməmişəm. Mənə hələ diplomumun hansı səbəbdən verilməməsinə dair rəsmi cavab verilmir ki, bunu əsas götürüb məhkəməyə müraciət edim.

 Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyevə gəlincə, bu adam hələ məni qəbul etməyib. Diplomun hansı səbəbdən verilməməsini əsaslandırılmış şəkildə mənə bildirməyib. Məni Tədris Hissə şöbəsinin müdiri Ərəstun Məmmədovun yanına yönləndiriblər, o da normal bir əsaslandırma ortaya qoymayıb, "nağıl, nəğmə" danışaraq yola verib.

  Belə rəhbərlik olar, belə rektor olar? Bəlkə də başqa bir vaxt olsa idi, belə davranışlarına görə bu adamları universitetin qapısına mühafizəçi məsləhət bilməzdilər. Dünyanın harasıdı rektor Vilayət Vəliyev, tədris Hissə şöbəsinin müdiri Ərəstun Məmmədov anlamaq istəmirlər ki, illərim bu universitetdə keçib, indi necə mənə diplom vermirlər.Əgər mənim fakultədən-fakultəyə keçirilməyim qanunsuz olmuşdusa niyə mənə xəbər vermirdilər,3 il mən Nəqliyyat və Logistika fakultəsində oxuyurdum? Və ya məni qanunsuz fakultədən-fakultəyə keçiriblərsə indiyə qədər bu işi edənlərdən kim cəzalandırılıb? İnsan taleyi ilə oynamaq bu qədər asandı? Başqa tərəfdən Təhsil Nazirliyi bu işə niyə ciddi yanaşmır(qanunsuzluq olmuşdusa belə) məni bu vəziyyətə salanların cəzalandırılmasını istəmir? 

Universitetə gəlincə,Təhsil Nazirliyinin qarşısında əsaslandırılmış arqumet niyə qoyulmur, bilinmir. Nədir onları ora özləri üçün çalışmağa, kapital toplamağa, müxtəlif rakuslardan şəkil çəkdirib google yükləməyə göndəriblər."

   Pərviz Davudov Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq Mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Azərbaycan Respublikası Prezidentinin Mətbuat Katibi Azər Qasımov cənablarına müraciət edərək, ona köməklik edilməsini hər iki şəxsdən xahiş edir.O, müraciətində bildirir: "Fuad Ələsgərov və Azər Qasımov cənablarını Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının siyasətinə sadiq şəxslər hesab etdiyimdən onlardan diplomumun verilməməsinin məndən aslı olub-olmadığının araşdırılmasına göstəriş vermələrini xahiş edirəm. Arayış üçün bildirirəm ki, Sumqayıt Dövlət Universitetindən Azərbaycan Texniki Universitetinin Menecment fakültəsinə köçürülmüşəm. Orada 1 il oxuduqdan sonra AzTU rəhbərliyinin qərarına əsasən, Nəqliyyat və Logistika fakültəsinə köçürülmüşəm. 3 il Nəqliyyat və Logistika fakültəsində ödənişli əsaslarla (5200 AZN) oxumuşam. Bütün imtahanları vermişəm, dövlət imtahanını müdafiə etmişəm. Bu fakültəni 2021-ci ildə bitirmişəm.

  İndi Təhsil Nazirliyi və AzTU rəhbərliyi mənə diplom verilməsini uyğun bilmir. Səbəb də o gətirilir ki, fakültədən-fakültəyə keçirildiyim zaman adım Təhsil Nazirliyinə göndərilən tələbələrin siyahısında qeyd edilməyib. Texniki səhv olub, ona görə də mənə diplom verilmir. Daha düşünmək istəmirlər ki, bu texniki səhvi Davudov Pərviz Rahim oğlu edib ki, ona diplom verilmir. Sanki məktubu tərtib etməli və adımı siyahıya da özüm yazmalıyammış.

  Fuad Ələsgərov və Azər Qasımov cənablarından baş vermiş bu texniki səhvin aradan qaldırılmasında köməklik göstərmələrini xahiş edirəm.


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 12-də İsmayıllı rayonunda “Basqal Resort & Spa” otelinin açılışında iştirak ediblər.

Ardını oxu...