Haqq.az xəbər verir ki, Avrasiya Tədris Mərkəzinin təşkilatçılığı ilə keçirilən KGL Beynəlxalq Dil Yarışmasının (KANGAROO GLOBAL LİNGUİSTİC) Azərbaycan mərhələsi başa çatıb.
 İngilis dili olimpiadasının təltifetmə mərasimi Hilton oteldə baş tutub.
Tədbirdə KGL Beynəlxalq Dil Yarışması barəsində geniş məlumat verilib.
Bildirilib ki, yarışma şagirdlər arasında böyük marağa səbəb olub. Məhz bu maraqdan dolayı da, növbəti aylarda Olimpiadanın növbəti yarışlarına qeydiyyat başlayacaq.
Daha sonra yarışmada yer tutmuş şəxslər diplom və sertifikatlar mükafatlandırılıb. Ümumilikdə yarışmada 22 medal (15 medal I,II,III yer üzrə və 7 medal fərqlənmə), I,II,III yerə uyğun, fərqlənmə və uğura görə sertifikatlar və I yer sahiblərinin məktəblərinə təşəkkürnamə plaketi, Pre-A1 səviyyəsinə I,II,III yerə uyğun olaraq pul mükafatı təqdim edilib.
Qeyd edək ki, yarışmanın qalibi Şəfiqə Məmmədova bu il Yunanıstanda keçiriləcək Olimpiadanın final mərhələsində iştirak hüququ qazanı