![]() |
![]() |
ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosi Ermənistanı ziyarət etdikdən və İrəvana hər cür dəstək verəcəyini bildirdikdən sonra ilk addım kimi Gümrüdəki Rusiya hərbi bazasının dağıdılmasını gözləmək olar.
Prezident İlham Əliyev Counz Robert Qərinin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Axar.az xəbər verir ki, sərəncamla Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Counz Robert Qəri “Dostluq” ordeni ilə təltif edilib.
Prezident İlham Əliyev Azərbaycan Respublikasında modul tipli təhsil müəssisələrinin quraşdırılması işlərinin davam etdirilməsi haqqında sərəncam imzalayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Küveyt Dövlətinin ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Abdullah Mohamed Abdullah Almauidinin etimadnaməsini qəbul edib.
15:05
Azərbaycanda “Turizm işçiləri günü” dəyişdirilib.
Anar Əliyev: “Yaşayış evimizin bir qədər qaydaya salınmasına köməklik göstərilməsi məqsədilə dəfələrlə RİH Aparatına etdiyim müraciətlərim, sanki “daşa dəydi”
Hörmətli çoxsaylı oxucular! Yəqin ki, bir neçə gün bundan öncə “Tovuzda RİH-nin başçısı şəhid ailəsinə rəzalət yaşadır” başlıqlı yayımladığımız məqalədə qeyd etdiklərimizlə tanışsınız. Yəni, yayımladığımız məqalədə qeyd etmişdik ki, redaksiyamıza Tovuz rayonu, Çatax kənd inzibati ərazi dairəsinin Pələkli kənd sakini Əliyev Anar Faiq oğlu tərəfindən video-müraciət daxil olub. Adı çəkilən bu
şəxs təqdim etdiyi video-müraciətində bildirir ki, “Qardaşım Vətən müharibəsi şəhidi Əliyev Aqil Faiq oğlu müddətdən artıq hərbi xidmət qulluqçu (MAXE) idi. O, Azərbaycan Silahlı Qüvvələrinin MAXE-si olaraq həm Tovuz döyüşlərində, həm də 44 gün davam edən Vətən müharibəsində iştirak etdi. Bildirim ki, qardaşım Aqil Əliyev Beyləqandakı “N” saylı hərbi hissədə xidmət edirdi və o, pulemyotçu idi. Bundan əlavə, qardaşım rabitə komandiri vəzifəsini də daşıyırdı və 44 gün davam edən Vətən müharibəsinin şiddətli vaxtlarında, daha dəqiq desəm 15 oktyabr 2020-ci il tarixdə Suqovuşan ərazisində həyata keçirilən döyüş əməliyyatlarının birində qəhrəmancasına şəhid oldu və onu Pələkli kənd qəbristanlığında dəfn etdik. Bəli, qardaşım Aqil Əliyev qanını, canını bu Vətən yolunda qurban verdi və o, ölümü ilə ən uca zirvəyə, məhz Şəhidlik zirvəsinə ucaldı.
Bu gün biz şəhid ailəsi olsaq da, nə Tovuz RİH-nin başçısı Məmməd Məmmədovdan, nə Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Oruc Məmmədovdan, nə də ki, RİH başçısının Çatax kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsindən lazımi diqqət və qayğını görə bilmirik. Sizə təqdim etdiyim, hansı ki, uçuq-sökük vəziyyətdə olan yaşayış evində, hal-hazırda mən, xəstə anam, əlil bacım, əqli cəhətdən ciddi problemi olan xəstə qardaşım, həyat yoldaşım və qızım yaşayır. Yaşayış evimizin bir qədər qaydaya salınmasına köməklik göstərilməsi məqsədilə dəfələrlə RİH Aparatına etdiyim müraciətlərim, sanki “daşa dəydi”. Qeyd edim ki, bu gün mən fəhlə işləyirəm, anam pensiyaçıdır və dövlətdən şəhid ailəsi olduğumuza görə təqaüd alırıq. Bütün bunlara baxmayaraq, ailə üzvlərimizin sayı çox olduğundan dolanışığımızı gücbəla ilə təmin edə bilirik. Yəni, maddi imkansızlığımız yaşayış şəraitimizi yaxşılaşdırmağa heç cür imkan vermir.
Bundan əlavə, bizim yaşadığımız evdən kənd qəbristanlığına, hansı ki, qardaşım Vətən müharibəsi şəhidi Aqil Əliyevin də dəfn olunduğu qəbristanlığa təqribən 7-8 km aralı məsafə var. Həmin yol elə bərbad haldadır ki, nəinki yağmurlu günlərdə, heç yağmursuz günlərdə də ora getmək olur. Belə bir vəziyyətlə əlaqədar bir neçə dəfə Tovuz RİH Aparatında olmuşam, həmin qəbristanlığa gedən yolun müəyyən qədər qaydaya salınmasını xahiş etmişəm. Təəssüflər olsun ki, bu yöndə etdiyim xahişlərin heç birinə məhəl qoyan olmayıb. Yəni, açıq-aşkar şəkildə hər dəfə məni “yola veriblər” və bu cür qayğısızlıq, belə bir diqqətsizlik bir şəhid ailəsinin üzvü olaraq bizi sızıldadır. Bizim ailəyə bəslənilən “xor münasibət” təkcə bunlarla yekunlaşmır.
Məsələn, xeyli müddət bundan öncə Tovuz rayon məşğulluq idarəsinin əməkdaşları bizə xəstə, olduqca arıq iki iribuynuzlu heyvan verdilər. Elə ki, verilən heyvanların durumu bizi şoka saldı, o halda məcbur olub onları başqa iribuynuzlu heyvanla dəyişdirdik. İkinci dəfə bir az fərqli durumda heyvan versələr də, bu gün də onları iynə-dərmanla yaşadırıq. Həmin vaxt anam məşğulluq idarəsində çalışan Sənan adlı əməkdaşa “Mənim övladıma niyə belə fərq qoyursunuz” deyə sual verdi, o halda o, bizə “Nazirlik belə təsdiqləyib” cavabını verdi.
Bəli, bütün bunlar onu söyləməyə əsas verir ki, Tovuz RİH-nin başçısı Məmməd Məmmədov və rayondakı digər vəzifə sahibləri Vətən müharibəsi şəhidi Aqil Əliyevin ruhuna hörmətsizlik etməkdən başqa, şəhidin ailə üzvlərinə qarşı da “xor münasibət”lərini sərgiləməkdə davam edirlər. Bütün bunlar da onu sübut edir ki, yaxın vaxtlarda Tovuzda Məmmədov “erası”na son qoyulmasa, o halda Tovuzda fəlakət baş verəcək? Yazıda adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik.
Vaşinqton və Brüssel Ukrayna Prezidenti Vladimir Zelenski ilə heç bir qələbənin olmayacağını anlayır.
ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosi Ermənistanda ölkəmizin əleyhinə çox qərəzli və qəbuledilməz bəyanat verib.
Məlumat ötürən şəxs həmçinin ailənin digər dəhşətli əməlindən də bəhs edib. İcra müavinin böyük oğlu Emin Babayev narkotik aludəçisi və alverçisidir Bu yaxınlarda küllü miqdarda
” heroin” tərkibli narkotikadan istifadəyə görə tutulub. Səkkiz gündən sonra isə məhz Eminin tutulması Narkotiklərlə Mübarizə Şöbəsinin rəisi İzzət Hüseynovun dərhal işdən azad edilməsi ilə nəticələnib. Onun narkotik təminatçısı Heydər Əliyev küçəsində kiosk işlədən Nail adlı narkomandır.
İcra müavinin ailədaxili cinayət və özbaşınalıqları bununla yekunlaşmır. Qız övladı artıq üçüncü dəfə ailə həyatı qurub və bu izdivacın da hansı vəziyyətdə olması naməlumdur. Ailədaxili özbaşınalıq və harınlıq yaşayan ailənin sanki böyüyü yoxdur. Gəlini, Emin Babayevin yoldaşı Lənkəran Dövlət Universitetində çalışır və hər gün tələbə, müəllim kollektivi gəlinin maşınla avtoşluğuna şahidlik məcburiyyətindədir. Bütün lənkəranlılar onun “lüks” həyat tərzindən xəbərdardır. Hətta “gəlin” xanımın bütü günü restoranlarda keçir. Bu yaxınlarda da “qəhrəmanlıq” edərək rayonda bir qazinin maşınını öz maşını ilə arxa hissədən əzib və pula pul deməyən Möhübbət Babayev yeni maşın alaraq qaziyə “hədiyyə” edib. Lənkəranda yeyintidə ad çıxaran asvalt zavodun müdüri Raqib Hüseynovla da şərikli iş birliyindədir. Necə deyərlər, ailə rayonda at oynadıb, meydan sulayır.
Hətta Möhübbət Babayev bu işbirlikdən rayonda çoxlu otel və obyekt şəbəkəsinə sahib olub. Əslində ağılsız olan Möhübbət Babayev hiyləgərliklə vəzifəsinin ömrünü uzun edib və çoxlu sayda mülkərə, obyektlərə sahiblik statusu daşıyır. Birinci müavinin sahib olduğu və əldə etdiyi obyektlərinin müəyyən hissədən ibarət siyasını qeyd edirik.
1. Lənkəran şəhərində 5 mərtəbə deyilən ərazidə 2 obyekt.
2. Qardaşı JEK müdürü çalışarkən mikrarayon deyilən ərazidə 3 böyük obyekt.
3. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin yanında böyük restoran, “Qala” xiyabanında ev və yanında mağaza.
4. Gərmətük qəsəbəsində 1 köhnə, 5 yeni tikili villalara, eləcə də böyük tikinti malları mağazasına sahibdir.
6. Bakıda yeni tikili mənzillər.
7. Lənkəran şəhər Osaküçə kəndində 1 hektar yarım ərazini alaraq restoran və otel şəbəkəsi salır.
9. Rayonda “Karnaval” otel restoranı şəriki Raqiblə birgə alıb.
Qeyd edək ki, ailənin sahib olduğu biznes şəbəkəsi və mülkləri bununla yekunlaşmır..
Yazının ardı var… araşdırma davam edəcək..