Xarici işlər naziri Ceyhun Bayramov Nyu Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində Macarıstanın xarici işlər və ticarət məsələləri üzrə naziri Peter Siyarto ilə görüşüb.

Ardını oxu...

"Bacımı işə düzəltmək üçün məndən 4 min manat aldı..." -
Göyçay rayonu, Qaraməryəm kənd sakini Babayev Arzu Vidadi oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə prezident İlham Əliyevə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Hörmətli Prezident!

Yazaraq Sizi məlum etmək istəyirəm ki, Göyçay Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru Yaşar Əhmədov məndən 4000 (dörd min) manat möbləğində rüşvət almışdır. Belə ki, bu ilin iyul ayında bacım Şəfiyeva Könül Vidadi qızının işlə təmin edilməsi üçün direktor Yaşar Əhmədovun qəbuluna getdim. Ona "Bacımgilin ailə vəziyyəti yaxşı deyil, xəstəxanada işlə təmin olunmasını xahiş edirəm", - dedim. O isə mənə bildirdi ki, "Hazırda vakansiyalar yoxdur, bir tərəfdən də şəhid ailələri və qazilər bizdən iş tələb edir, rəhbərliyin göstərişinə əsasən ilk növbədə onları işə götürməliyik".

Beləliklə, onunla biraz həmsöhbət olandan sonra, "Bəs mən bacımın işləməsi üçün necə edə bilərəm?", - dedim. Nəhayət, mövzu pul məsələsinə gələn zaman “aşı görüb, oxuduğu Quranı” unudan molla sayağı birdən-birə dəyişməyə başladı. Halbuki bayaqdan özünü şəhid ailələrinin, qazilərin işlə təmin olunması uğrunda fədakarlıq edən məmur qismində göstərməyə çalışırdı. Dərhal mənə "İki gündən sonra gələrsən, bu haqda daha ətraflı danışarıq", - dedi. Mən də öz növbəmdə dediyi vaxtda yenidən qəbuluna getdim.

İlk öncə 6000 (altı min) manat lazım olduğunu söyləsə də, axırda 4000 (dörd min) manatla razılığa gəldik və mən istədiyi məbləği ona təqdim etdim. 10 gün müddət ərzində bacımın işlə təmin ediləcəyinə söz verdi. Lakin vəd etdiyi müddət başa çatsa da o, sözünü tutmadı. Bu, minvalla iş uzanmağa başladı. Hətta Yaşar Əhmədov 19 avqust 2022-ci il tarixdə Göyçay RMX-da vətəndaş qəbulu keçirən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevin qəbuluna girməyimə belə mane oldu. "Sənə deyirəm 2 günə həll edəcəm, məgər mənə inanmırsanmı?", - deyərək avqust ayının 21-nə, 21-də isə 28-nə, gah da ondan 3 gün sonraya söz verdi. Bir də gedib maraqlandım ki, məzuniyyətə çıxıb. 15 sentyabrda isə məzuniyyətdən qayıtdığını eşidib yenidən onun qəbuluna getdim. Sonuncu variant olaraq "Ştatı yoxlamalar aparıb, səbrli ol, hər şey düzələcək" deməkdən başqa söz tapa bilmədi. Mənə bəlli oldu ki, o, yalan danışır. Məhz ona görə də verdiyim 4000 (dörd min) manat pulu özümə geri qaytarmasını tələb etdim. Bu zaman direktor Yaşar Əhmədov məni DTX əməkdaşı olan Vüsal Hümbətovla hədələməyə başladı. "Vüsal müəllimə bircə kəlimə xəbər verərəm, səni itirər", - dedi.

Hörmətli Prezident!

Nəzərinizə çatdırım ki, bacım 1982-ci il təvəllüdlü Şəfiyeva Könül Vidadi qızı 2013, 2019-cu illər ərzində yaşadığımız Göyçay rayonu Qaraməryəm Kənd Sahə Xəstəxanasında sosial məzuniyyətdə olan bir qadının əvəzinə qeydiyyatçı vəzifəsində işləmişdir. Bir övladı var, hazırda özü və həyat yoldaşı heç yerdə işləmir. Maddi durumları olduqca acınacaqlıdır. Direktor Yaşar Əhmədov bacarmadığı və ya etmək istəmədiyi işə görə yalandan vəd verərək məndən rüşvət almışdır. Bildiyiniz kimi, bu əməl Azərbaycan Respublikasının CM-nin 311-ci maddəsinə (Rüşvət alma), eyni zamanda həmin Qanunun 178.2.3.-cü maddəsində qeyd olunmuş "Şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə" əsas verir. Mənimlə kobud danışması, haqsız olduğu halda özünü haqlı çıxarmağa çalışması və məni hüquq mühafizə orqanlarının yüksək vəzifəli məmuru ilə hədələməsi CM-nin 182-ci maddəsinə, onun vəzifə səlahiyyətlərini aşması CM-nin 309-cu maddəsinə əsas verir.

Sizdən çox xahiş edirəm, şikayətim obyektiv araşdırılsın, məndən mənimsənmiş 4000 (dörd min) manat pul (rüşvət) özümə geri qaytarılsın, direktor Yaşar Əhmədov isə qanunun müvafiq maddələri ilə məsuliyyətə cəlb olunsun. Sizə öncədən öz minnətdarlığımı bildirirəm”.

Hurriyyet.az

Nyus.Az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini işıqlandlrmağa hazırıq!

Yeni 2022/2023-cü tədris ili başlar-başlamaz məktəblərdə şagirdlərin valideynlərindən müxtəlif adlarla qanunsuz pul yığımına start verilib. Abşeron rayonunun Masazır qəsəbəsindəki 3 saylı tam orta məktəbdə də həmçinin.

Redaksiyamıza daxil olmuş məlumata görə, 3 saylı məktəbdə birinci siniflər 28 nəfər şagirddən komplektləşdirilməli olduğu halda, Mətanət müəllimənin sinfində adı başqa siniflərdə gedənlərlə birgə 40-a yaxın şagird oturur. Bütün yaxşı hesab olunan müəllimlərin siniflərində vəziyyət belədir. Zəif hesab edilən müəllimlərin siniflərində isə orta hesabla 15 şagird olur, digərlərinin adları bir sinifin jurnalında getsə də, özləri başqa sinifdə “yaxşı müəllimdən” dərs alırlar. Məlumatda qeyd olunur ki, valideyn öz uşağına belə imtiyaz qazandırmaq üçün məktəbin direktor əvəzi Xəyalə Hacıyevaya 300 manat pul verməlidir.
Etibarlı mənbə bildirir: “Təşkilatçı işləyən Məleykə xanım heç bir pedaqoji ixtisası olmadığı halda iki sinifin qeyri — qanunu sinif rəhbəridir. Direktor müavinlərinin də hərəsi iki sinifin qeyri — qanuni sinif rəhbəridirlər. Kitabxana müdiri Vəfa xanım kitabları pulla satır. Deyir “mən yetim uşaq böyüdürəm, əcəb eyləyirəm”. Direktor müavini Əhmədova Fəxrənisə hamıdan tələb edir ki, kim dərslərinin cədvəldə ardıcıl düşməsini istəyirsə, 100 (bir yüz) manat verməlidir. Acınacaqlı vəziyət odur ki, bunu pedeqoji şurada direktorun yanında acıq aydın elan edib. Heç nədən utanmadan, cəkinmədən məktəbi bazara döndərib. Kitabxanaçıya, laboranta, bir necə texniki işcilərə də sinif rəhbərliyi verilib, müəllimlərin adına yazılır. Qeyri-qanuni pulları Fəxrənisə yıgır, imtiyazları, vəzifələri paylayır. Bütün dərslər pulla satılıb. Xəyalə xanım dərs ilinin sonunda bütün XI sinif şagirdlərindən 200 manat pul yıgdı. Hələ attestatı yazmaq ucun yığılan pullar bir yana. Evdə təhsilə laborant göndərilir, pul müəllimə yazılır, alınıb laborantla bölünür. Kecən tədris ilində dəfələrlə direktor müavinləri arasında düşən davaya görə Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat gedib. Hələ də işi məhkəmədə olan direktor müavini var. Bəzi texniki işcilər evdə oturub, maaş kartları Xəyalə xanımdadır. Nəzarətsiz məktəb kimi ətrafda Masazır 3 nömrəli məktəbin reytinqi çox aşagı düşüb. Direktor yalnız direktor müavinləri ilə kabinetində cay icməklə məşguldur. 15 sentyabrda nazirin əmri ilə “Əlifba bayramı” tədbirləri yasaqlansa da, bu məktəbdə birinci siniflərin sinif rəhbərlərinə süfrə açdırıb yeyib — içiblər, direktor başda olmaqla. Heç şəhidlərimizin ruhundan utanmayıblar, bütöv Azərbaycan ağlayır, bunlar isə məktəbdə qonaqlıq edir, tort yeyirlər”.
Redaksiyamıza həmçinin direktor müavini Fəxrənsə Əhmədovanın direktorun müəllimlərdən 50 manat pul tələbini çatdırdığı vatsap səs yazısı da təqdim olunub.

P.S. Bu yerdə xatırlatmağa dəyər ki, bundan əvvəl Masazırdakı 4 saylı tam orta məktəbdəki qanunsuzluqlar barədə də tənqidi məqalələr dərc etmişdik. Həmin məktəbdəki korrupsiya halları, eləcə də narkotik maddələrin istifadəsinə göz yumulması, şərait yaradılması barədə Təhsil Nazirliyinə və hüquq-mühafizə orqanlarına rəsmi məktublarla müraciət etmişdik. Təhsil Nazirliyi məqalələrimizdə ehtiva olunan məsələlərin araşdırılmasını Sumqayıt Regional Təhsil İdarəsinə tapşırsa da, görünür, 4 saylı məktəbdə qalanan narkotikin tüstüsü araşdırmaçı məmurların vicdanını susdurdu, görən gözlərini kor elədi.

Məqalədə adları keçən şəxslərin də mövqeyini öyrənmək üçün dəfələrlə 3 nömrəli məktəbə zəng etsək də, telefonu götürən olmadı.

P.S. Mənbə onu da, bildirir ki, direktorun ad günü və müxtəlif tədbirlərdə öz əlaltıları vasitəsilə özünə bahalı zinət əşyaları aldırır.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Mövzuya qayıdacağıq.// deryaz.az//

Nyus.Az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini işıqlandlrmağa hazırıq!




Ucarrayonunda Şəhidlər Xiyabanının ərazisi qanunsuz olaraq satışa çıxarılıb. Bu barədə dia.az-a rayondakı qaynaqlar tərəfindən informasiya verilib.

Xəbəri verən qaynaq iddia edir ki, Ucar Rayon İcra Hakimiyyəti başçısı Mənsur Məmmədov Şəhidlər Xiyabanının böyük bir hissəsini qanunsuz olaraq yaxın qohumunun adına sənədləşdirərək satışa çıxarıb.

Daha ətraflı aşağıdakı videoda:

Nyus.Az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini işıqlandlrmağa hazırıq!

Bir neçə ay öncə restoranların birində rəqqasənin sinəsinə pul taxarkən çəkilmiş fotosu yayılan Dövlət Gömrük Komtəsinin Sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayevdən yeni xəbər var.Mediatv.az-ın bildirdiyinə görə, 32gun.az-a verilən məlumatda iddia edilir ki, Əsgər Abdullayev tutduğu vəzifədən azad olunub. Məlumatda bildirilir ki, onun hansı səbəbdən vəzifədən uzaqlaşdırıldığı hələlik açıqlanmayıb.

Gömrük generalının rəqqasə ilə biabırçı görüntüsü yayıldı- FOTO

Xatırladaq ki, 2006-cı il iyunun 21-dən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsinə təyin edilib.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Nyus.Az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini işıqlandlrmağa hazırıq!