![]() |
![]() |
Azərbaycan Respublikasının dövlət bayrağından düzgün istifadə edilməsi
hər kəsin vətəndaşlıq borcudur
Hər bir dövlətin, millətin, xalqın tarixində azadlığın və müstəqilliyin ifadəsi olan bayraq
çox mühüm məna daşıyır və xalqın varlığını, ideologiyasını özündə əks etdirir. Hər bir xalqın
tarixinin şanlı səhifələri məhz Dövlət Bayrağı ilə bəzənir. Xalqa, millətə milli qürur, mənlik,
ləyaqət, güc, qüvvət, qüdrət verir. Bizim bayrağımız da bu gün sərhədlər aşdıqca, ölkələr
keçdikcə və ən əsası işğaldan azad edilən tarixi Azərbaycan torpaqlarında dalğalandıqca
azərbaycanlıların milli simvolu kimi könülləri fəth edir, əbədiləşir. Dövlət Bayrağımız bu gün
həm də Qələbə və Zəfər üfüqlərini özündə təcəssüm edir. Həm dünyada, həm də azad
edilmiş torpaqlarda dalğalanan bayrağımız siyasi qələbəmizin təntənəsi kimi bütün
azərbaycanlılara qürur verir və bizim xalq kimi birliyimizin, həmrəyliyimizin rəmzidir.
Planetimizin hər bir ölkəsi kimi Azərbaycan Respublikası da dünya dövlətləri sırasında
öz bayrağı ilə təmsil olunur, tanınır. Tarixə nəzər salsaq görərik ki, Azərbaycan ərazisində
müxtəlif dövrlərdə mövcud olmuş dövlətlərin bayraqları dövlətin xarakterinə, xalqın
düşüncəsinə, milli mənəvi keyfiyyətlərinə uyğun bir tərzdə seçilirdi. Bu səbəbdən istər tarixdə,
istərsə də indinin özündə hər hansı bir ölkənin bayrağına diqqət yetirsək, həmin bayraq
altında hansı cəmiyyət yer alibsa onun simasını, keçdiyi inkişaf yolunu, bayraqdakı təsvir və
rənglərin mənasını görə bilərik. Azərbaycan Respublikasının dövlətçilik rəmzlərindən biri
onun Milli Bayrağı - Dövlət bayrağıdır. Milli bayraq siyasi, ideoloji, mənəvi baxımdan bir
millətin və bu milləti təşkil edən dövlətin mövcudluğunu təsdiqləyən rəmzdir. Dövlət bayrağı
hər birimiz üçün Vətən, millət və dil qədər müqəddəsdir. Bayrağın yeri ucalıqdır. Təsadüfü
deyil ki, bayraq salona daxil olanda hər kəs ayağa qalxır.
Milli bayraq bizim xalqımızın mədəniyyətini, xasiyyətini və tarixini özündə əks etdirən
simvoldur. Bu cəhətdən Azərbaycanın dövlət bayrağı dərin məna əks etdirərək, xalqımız
arzularını və inkişaf yolunu özündə ehtiva edir. Azərbaycan bayrağında olan aypara və
səkkizguşəli ulduz tək islamı və türkçülük elementlərini daşımır, həmçinin vəhdəd təşkil
edərək unikal azərbaycançılıq nişanəsi rolunu oynayır. Azərbaycan bayrağında olan göy rəng
bizim türkçülüyümüzü, yəni xalqımızın çox qisminin türk millətinə aid olduğunu bildirir, qırmızı
rəng bizim modernləşmə, demokratik inkişaf kursumuzu bildirir, yaşıl rəng isə islam dininə aid
olduğumuzu bildirir. Bayrağınızın rəngləri və simvolikası Azərbaycanın prioritet olan inkişaf
istiqamətlərini bildirir.
Qeyd etdiyimiz kimi, üçrəngli dövlət bayrağımız bizim qürur mənbəyimizdir. Bu
bayrağa dərin hörmət və ehtiram hissi ilə yanaşdığımız kimi, ondan istifadə qaydalarına da
ciddi əməl etməliyik. Azərbaycan RespublikasıKonstitusiyasının 75-ci maddəsinin birinci
bəndində qeyd olunur ki, hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə -
bayrağına, gerbinə və himninə hörmət etməlidir. Bundan əlavə, ulu öndər Heydər Əliyevin
1998-ci il 13 mart tarixli "Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin
gücləndirilməsi haqqında" sərəncamı dövlət atributlarının təbliği baxımından mühüm
əhəmiyyət daşımışdır. "Azərbaycanın bayrağı sadəcə bayraq deyil. O bizim dövlətçiliyimizin,
müstəqilliyimizin rəmzidir. Gərək hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun, hər bir
ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq gərək hər bir ailənin həyatının əziz bir
hissəsi olsun" - deyə ulu öndər çıxışlarında dəfələrlə bildirmişdir.
2004-cü il iyunun 8-də “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi
qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bu sahədə qanunvericilik
bazası təkmilləşdirilmişdir. Həmin Qanunla Azərbaycan Respublikasının Dövlət bayrağına
hörmət göstərilməsi ilə bağlı vəzifələr, Dövlət bayrağının qaldırılmalı və yerləşdirilməli olduğu
yerlər, təsvirinin istifadəsi, həmçinin rəsmi tədbirlər zamanı, matəm günlərində və matəm
mərasimlərində istifadəsi, digər bayraqlarla birgə qaldırılması (asılması) və ya yerləşdirilməsi,
habelə Dövlət bayrağının istifadəsinə dair tələblər və məhdudiyyətlər müəyyən edilmişdir.
Qanunun 9-cu və 10-cu maddəsinin tələblərinə əsasən Azərbaycan Respublikasının
Dövlət bayrağı bütöv olmalı və solğun görünməməlidir. Azərbaycan Respublikasının Dövlət
bayrağı ya bayraq dirəyi, ya da xüsusi tutqaclara bərkidilən dəstək üzərində qaldırılır.
Azərbaycan Respublikasının Dövlət bayrağı elə qaldırılmalıdır ki, onun parçasının aşağı
tərəfi yerdən azı üç metr hündürlükdə olsun. Azərbaycan Respublikasının Dövlət bayrağı
masaların və ya kürsülərin üstünə örtük kimi sərilə bilməz, oturulan və ayaq basılan yerlərə
qoyula bilməz.
Bir sözlə, Azərbaycan Respublikasının dövlət bayrağından düzgün istifadə edilməsi
hər kəsin vətəndaşlıq borcudur. Bayrağa münasibət dövlətə münasibətin ifadəsidir. Ona görə
də mühüm dövlət atributu ilə istifadə qaydalarında son dərəcə dəqiq olmaq lazımdır.
Abbas Mustafayev,
Salyan rayon gənci, YAP fəalı
oru
Lokal xarakterli antiterror əməliyyatları
Xalqımızın yaddaşına və şanlı hərb tariximizə qızıl hərflərlə yazılan 2020-ci il hər
zaman Qələbə, Zəfər ili kimi xatırlanacaq. Çünki həmin ildə Prezident, Silahlı Qüvvələrin
Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz sentyabrın
27-də başlayan və 44 gün davam edən Vətən müharibəsini böyük Zəfər, unudulmaz
tarixi Qələbə ilə başa vurdu. Azərbaycan qələbə qazandıqdan sonra 2020-ci il 10 noyabr
tarixində dövlətlər arasında Üçtərəfli Bəyanat imzalandı. Bəyanatın dördüncü
maddəsində deyilirdi ki, qanunsuz erməni birləşmələri oz silahlarını təhvil verib,
Azərbaycan ərazisini tərk edəcəklər. Lakin üstündən 3 il vaxt keçməsinə baxmayaraq,
Ermənistan hakimiyyəti məqsədyönlü şəkildə Azərbaycana qarşı terror aktları həyata
keçirdi və beləliklə, sazişin maddələrinə riayyət etmədi. Nəticədə, Azərbaycan ərazilərini
minaladılar, Azərbaycan ərazisində qanunsuz zirehli texnikalar, top və artilleriya
qurğuları yerləşdirdilər, tez-tez atəşkəsi pozdular, yerli sakinlərin yaşadıqları yerlərə
minalar basdırdılar. Sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın
Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən
Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış
minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus
nəqliyyat vasitəsi sıradan çıxdı və mülki şəxslər həlak oldu. Həmin gün Daxili İşlər
Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də
Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış
minaya düşməsi nəticəsində hərbi qulluqçularımız həlak oldu və yaralandılar. Bu kimi
faktlar Ermənistanın Azərbaycana qarşı apardığı məqsədyönlü və planlı terror siyasətini
göstərirdi. Dəfələrlə ölkə prezidenti, Ali Baş Komandan səviyyəsində deyildiyi kimi,
“bütün bu təxribatlar Azərbaycanın “Dəmir Yumruğu” ilə qarşılaşacaq, onlara güzəşt
olmayacaq” kimi fikirləri reallığa çevrildi. Sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri
bölgədə lokal xarakterli antiterror tədbirlərinə başladı. Ikinci Qarabağ Müharibəsində
olduğu kimi bu antiterror əməliyyatında da ağır relyef şəraitinin olmasına və düşmən
mövqelərin daha yüksəkdə olmasına baxmayaraq Azərbaycan ordusu öz gücünü
göstərərək qısa zaman ərzində uğurlar əldə etdi. Aparılmış qısamüddətli lokal xarakterli
antiterror tədbirləri nəticəsində düşmənin silah və texnikalarının böyük hissəsi sıradan
çıxarıldı. 24 saatdan da az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində
Azərbaycan ərazisində qanunsuz məskunlaşmış Ermənistan ordusu təslim oldu. Erməni
separatçı dövlətinin başçısı və dəstəkçiləri həbs edilərək Bakıya gətirildi. Antiterror
tədbirləri Ordumuzun peşəkarlığını bütün dünyaya göstərdi. Mülki insanlara, mülki
infrastruktura ziyan vurmadan, dağdan-dərədən, düzəndən-keçiddən adlayaraq çox qısa
müddətdə böyük nəticə əldə etmək yalnız yüksək hazırlıqlı orduya xas hadisədir. Cənab
Prezident İlham Əliyev tarixə həm Qurucu, İslahatçı Prezident kimi, həm də Qalib
Sərkərdə, Müzəffər Ali Baş Komandan kimi düşdü. Azərbaycanın dövlət suverenliyi tam
təmin edildi. Bunun nəticəsidir ki, bu gün Cəbrayılda, Zəngilanda, Qubadlıda, Fizulidə,
Şüşada, Laçında, Kəlbəcərdə, Ağdamda, Xankəndində, Ağdərədə, Xocalıda,
Xocavənddə və doğma Azərbaycanımızın hər guşəsində Şanlı Azərbaycan bayrağı
dalğalanır. Azad olunmuş ərazilərimizdə günəş yenidən doğur, əzəli və əbədi yurd
yerlərimiz yenidən canlanır, Azərbaycan bayrağının sancıldığı hər qarış yer cənnətə
dönür. Soydaşlarımız yurd yerlərinə, öz ata-baba torpaqlarına geri qayıdırlar.
Azərbaycanın gələcəyi işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik
sükanı Ulu Öndər Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin əlindədir. Bu
siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən,
modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Bu gün
qürurla deyə bilirik ki, sahəsi 86.6 min kv.km olan Azərbaycan Respublikası bütöv,
suveren və müstəqil dövlətdir. Müstəqil Azərbaycan Prezident, Ali Baş Komandan İlham
Əliyevin rəhbərliyi ilə daha da yüksək zirvələr fəth edəcəkdir.
Qurban Əliyev,
49 saylı Astara Yol İstismar İdarəsinin rəisi
Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və
barış bir o qədər də möhkəm olacaqdır.
İkinci Qarabağ müharibəsi işğal edilmiş torpaqlarını azad edən Azərbaycan
Respublikasının qələbəsi ilə sonlandı. 44 günlük Vətən müharibəsində Azərbaycan
Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi
ilə şanlı ordumuzun torpaqlarımızı işğaldan azad etməsi xalqımızın qəhrəmanlıq tarixinə
qızıl hərflərlə yazıldı. “Dəmir yumruq” əməliyyatı nəticəsində 28 ildən sonra
şəhidlərimizin qanı bahasına, ordumuzun böyük şücaəti sayəsində yenidən doğma
yurda qovuşmaq xalqımıza nəsib oldu. Hər zaman Azərbaycanın haqlı mövqeyini
dəstəkləyən Türkiyə bu dəfə də dövlətimizin çətin günündə öz mənəvi dəstəyini və
köməyini əsirgəmədi. Şübhəsiz ki, Azərbaycanın tarixi qələbəsini təmin edən mühüm
amillərdən biri qardaş Türkiyə Cümhuriyyətinin ölkəmizə qətiyyətli, birmənalı və güclü
mənəvi-siyasi dəstək göstərməsidir. Müharibənin başladığı gündən etibarən qardaş ölkə
ictimaiyyəti Azərbaycanın haqlı və ədalətli mövqeyini müdafiə etdi, həm reallıqların
dünya ictimaiyyətinə çatdırılmasında, həm də erməni yalanlarının ifşasında yüksək
fəallıq nümayiş etdirdi. İki qardaş dövlət arasında olan münasibətlərin fəlsəfi ideoloji
xəttini Ulu Öndər Heydər Əliyev qoymuşdur. Burada dövlətlər arasındakı bağlayıcı tezis
“Bir millət, iki dövlət” ifadəsidir. İkinci Qarabağ müharibəsi zamanı Türkiyə Prezidenti
Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə
onun yanındadır” deməsi Azərbaycana əlavə güc verdi və Türkiyə Prezidentinin
Azərbaycana açıq dəstəyi müharibəyə müdaxilə etmək fikrində olan bütün qüvvələri,
dairələri dayandırdı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın verdiyi açıqlamalar onu
göstərdi ki, Azərbaycan bu haqq savaşında tək deyil, onun Türkiyə kimi böyük qardaşı,
arxa-dayağı və etibarlı tərəfdaşı vardır. Türkiyə İkinci Qarabağ müharibəsinin hər anını
bir qardaş ölkə olaraq Azərbaycanla birgə yaşadı. Qarabağ müharibəsində əldə edilən
şanlı Zəfər isə yalnız Azərbaycanın deyil, eləcə də Türkiyə və bütün türk dünyasının
tarixi Qələbəsi kimi qiymətləndirildi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın
Azərbaycanın Vətən müharibəsində qələbəsinə həsr olunmuş Zəfər paradında çıxışını
bütün türk dünyası üçün qürur kimi dəyərləndirmək olar. Prezident çıxışında
Azərbaycanın yanında olduğunu bir daha bütün dünyaya göstərdi .
Bu tarixi Qələbədən sonra Türkiyə ilə Azərbaycan arasında imzalanan Şuşa
Bəyannaməsi isə iki ölkə arasındaki birliyin daha da üst səviyyələrə çatdırılması
baxımından mühüm əhəmiyyət kəsb edən sənəddir. Bu sənəd Azərbaycanın müstəqilliyi
dövründə iki qardaş ölkə arasında imzalanan, hərbi təhlükəsizlik məsələlərini, onun
müxtəlif parametrlərini göstərən ilk rəsmi sənəddir. Məhz bu baxımdan Şuşa
Bəyannaməsi tarixi önəm daşıyaraq, regionda yeni geosiyasi və geoiqtisadi
münasibətlərin başlanğıcını qoydu. Bu Bəyannamə bütün sahələrdə münasibətlərin yeni
zirvəyə yüksəlməsi üçün geniş imkanlar açır. Şuşa Bəyannaməsinin imzalanmasından
sonra görülən işlər iki ölkə arasında siyasi, iqtisadi-ticari, hərbi-strateji, mədəni-
humanitar sahələrdə münasibətlərin inkişafına mühüm töhfədir. Ümumiyyətlə,
Azərbaycan-Türkiyə strateji müttəfiqliyi bu gün regionda mühüm bir faktordur. Bu gün
Azərbaycan–Türkiyə münasibətləri böyük türk birliyinin əsasını təşkil edır və bu
əməkdaşlıq bütün dünyaya, eləcə də bütün türk ölkələrinə bir nümunədir. Azərbaycan və
Türkiyə münasibətləri qardaşlığın elə zirvəsidir ki, tarixin bütün sınaqlarından üzüağ
çıxmış və bu ənənə bu gün də ən yüksək səviyyədə davam etdirilir. Bəli, bu gün Türkiyə
və Azərbaycan liderlərinin qardaşlığı, iki dövlət-bir yumruq həmrəyliyi, birliyi, dar gündə,
xoş gündə bir yerdə olması sarsılmaz birliyin əyani təzahürüdür. Çünki Azərbaycan və
Türkiyə münasibətləri maraqlara deyil, dəyərlərə əsaslanır. Əminliklə deyə bilərik ki, bu,
iki dövlətin bir-biri ilə münasibətinin əsl qardaşlıq nümunəsidir. Azərbaycan və Türkiyə
Respublikaları arasındakı əlaqələr gün keçdikcə daha çox inkişaf edəcək, iki ölkə
birlikdə yeni uğurlara imza atacaqdır.
Mailə Hacıyeva,
Salyan şəhər 6 saylı uşaq bağçasının müdiri, YAP fəalı
Ulu Tanrı gözəl bir diyar yaratdı. Yeraltı, yerüstü bütün gözəllikləri, zənglikləri bəxş etdi bu cənnət məkana. Adına Azərbaycan dedilər. Bir də genişqəlbli , comərd, mübariz, dağ vüqarlı insanlarla tamamladı bu zənginliyi. Lakin bütün bu gözəlliklərlə bərabər nankor qonşular da yazıldı qismətimizə. Saf niyyətimizdən, mərdliyimizdən sui-istifadə etdilər. Zaman-zaman xəyanət-xəyanət ardınca ,vurulan zərbələr saysız hesabsız oldu. Nə yazıq ki unutduq olanları, bağışladıq .Dədəm Qorqud nə gözəl demiş:”Qarı düşmən dost olmaz”. Olmadı da.
Ötən əsrin əvvələrində yeni bir vüsət alan erməni azğınlığı əsrin sonlarında daha da alovlandı. Nəticədə misli görünməmiş Xocalı faciəsi , 20 faiz itirilən ərazilər, dədə-baba torpaqlarından zorla, qəddarcasına çıxarılan minlərlə qaçqın və köçkünlər, minlərlə şəhidlər...
Təklənmişdik. Yağı düşmənin havadarları, müdafiəçiləri çox idi .Haqlı olduğumuz halda sanki bütün dünya lal və kar oldu. Səsimizi eşidən, fəryadımıza hay verən olmadı, amma heç zaman qürurumuz sınmadı, ümidimiz üzülmədi . Çünki iman yerimiz – güman yerimiz olan Əbədiyaşar bir liderimiz vardı – H.Əliyev! Hər kəs bir mənalı olaraq inanırdı ki, Heydər Əliyev haqqı nahaqqa verməyəcək, bu kələfin ucunu tapacaq, ədaləti bərqərar edəcək. Onun hakimiyyətə gəliş i- Zəfərə gedən yolun başlanğıcı idi. Təəssüf ki, ömür vəfa etmədi. Acımız çox ağır oldu, amma sarsllmadıq .Çünki bu yolda yeni bir yolçu - əzəmət və qürur mücəssəməsi, Ulu Öndərin layiqli davamçısı Cənab İlham Əliyev addımlayırdı. Onun uzaqgörən siyasəti dahi liderin ideyalarını , arzularını gerçəkləşdirirdi. Dayanıqlı iqtisadiyyat, güclü ordu, dünyanın siyasi arenalarında mütləq söz sahibi olmaq - Budur 20 illik möhtəşəm hakimiyyətin gerçəkliyi!
Cənab Əliyev münaqişənin sülh yolu ilə aradan qaldırılması üçün düşmənə bütün imkanları tanıtdı. Düşmən isə öz mənfur və xəbis niyyətindən əl çəkmədi.
Nəyi, nə zaman və necə edəcəyini gözəl bilən Ali Baş Komandan 2020-ci ilin 27 sentyabrında zamanın yetişdiyini bəyan etdi. Dəmir Yumruq işə düşdü. Cəmi 44 günlük müharibə xalqımızın, dövlətçiliyimizin tarixinə qızıl hərflərlə yazıldı.
Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuz 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad etdi.
Bideyil, əzilmiş qürurumuz , heysiyyətimiz, öləzimiş ruhumuz, perik düşmüş sevincimiz qayıtdı. Bu zəfər nakam şəhid ruhlarına məlhəm oldu. Doğrudur, boy-boy ər igidlərimiz bu yolda canlarını fəda etdilər. Öz ağlasığmaz şücaətləri ilə dünya hərb tarixində yeni səhifələr açdılar. Milli kimliyimizi dünyaya sübut etdilər.
Ulu Öndərin 100 illik yubileyi bu il Şuşa şəhərində qeyd olundu. Bu, oğul Əliyevin- ata Əliyevə verdiyi o müqəddəs sözün sübutu idi.
Lakin Ali Baş Komandan hələ də mənzili başa vurmamışdı.2023-cü il sentyabrın 19-20-dək cəmi 23 saat davam edən antiterror əməiyyatı ilə son nöqtə qoyuldu.15 oktyabrda Cənab Ali Baş Komandan Xankəndində bayrağımızı dalğalandırdı.
Budur-Böyük Qələbə!
Budur-Adını tarixə əbədi yazdıran yenilməz Sərkərdə!
Bu gün hər bir vətənpərvər azərbaycanlı fəxrlə deyir:
- QARABAĞ,SƏN AZADSAN!
- QARABAĞ AZƏRBAYCANDIR!
- CƏNAB İLHAM ƏLİYEV DÜNYANIN MƏĞLUBEDİLMƏZ SİYASİ LİDERİDİR!!!
Bitki Mühafizə vəTexniki Bitkilər Elmi-Tədqiqat İnstitunun direktoru,
Kənd təsərrüfatı elmləri doktoru.
Professor , AMEA-nın müxbir üzvü İbrahim Cəfərov.