![]() |
![]() |
Dövlətimizi, milli ləyaqətimizi, həyat tərzimizi, ənənələrimizi qorumuşuq ki, heç kim bizim işlərimizə burnunu soxmasın.
Qırx dörd günlük müharibə zamanı çoxlu xarici media nümayəndələrinə müsahibələr verərək, təbii ki, bizim planlarımız haqqında mən danışa bilməzdim.
Lokal xarakterli antiterror əməliyyatları
Xalqımızın yaddaşına və şanlı hərb tariximizə qızıl hərflərlə yazılan 2020-ci il hər
zaman Qələbə, Zəfər ili kimi xatırlanacaq. Çünki həmin ildə Prezident, Silahlı Qüvvələrin
Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz sentyabrın
27-də başlayan və 44 gün davam edən Vətən müharibəsini böyük Zəfər, unudulmaz
tarixi Qələbə ilə başa vurdu. Azərbaycan qələbə qazandıqdan sonra 2020-ci il 10 noyabr
tarixində dövlətlər arasında Üçtərəfli Bəyanat imzalandı. Bəyanatın dördüncü
maddəsində deyilirdi ki, qanunsuz erməni birləşmələri oz silahlarını təhvil verib,
Azərbaycan ərazisini tərk edəcəklər. Lakin üstündən 3 il vaxt keçməsinə baxmayaraq,
Ermənistan hakimiyyəti məqsədyönlü şəkildə Azərbaycana qarşı terror aktları həyata
keçirdi və beləliklə, sazişin maddələrinə riayyət etmədi. Nəticədə, Azərbaycan ərazilərini
minaladılar, Azərbaycan ərazisində qanunsuz zirehli texnikalar, top və artilleriya
qurğuları yerləşdirdilər, tez-tez atəşkəsi pozdular, yerli sakinlərin yaşadıqları yerlərə
minalar basdırdılar. Sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın
Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən
Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış
minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus
nəqliyyat vasitəsi sıradan çıxdı və mülki şəxslər həlak oldu. Həmin gün Daxili İşlər
Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də
Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış
minaya düşməsi nəticəsində hərbi qulluqçularımız həlak oldu və yaralandılar. Bu kimi
faktlar Ermənistanın Azərbaycana qarşı apardığı məqsədyönlü və planlı terror siyasətini
göstərirdi. Dəfələrlə ölkə prezidenti, Ali Baş Komandan səviyyəsində deyildiyi kimi,
“bütün bu təxribatlar Azərbaycanın “Dəmir Yumruğu” ilə qarşılaşacaq, onlara güzəşt
olmayacaq” kimi fikirləri reallığa çevrildi. Sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri
bölgədə lokal xarakterli antiterror tədbirlərinə başladı. Ikinci Qarabağ Müharibəsində
olduğu kimi bu antiterror əməliyyatında da ağır relyef şəraitinin olmasına və düşmən
mövqelərin daha yüksəkdə olmasına baxmayaraq Azərbaycan ordusu öz gücünü
göstərərək qısa zaman ərzində uğurlar əldə etdi. Aparılmış qısamüddətli lokal xarakterli
antiterror tədbirləri nəticəsində düşmənin silah və texnikalarının böyük hissəsi sıradan
çıxarıldı. 24 saatdan da az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində
Azərbaycan ərazisində qanunsuz məskunlaşmış Ermənistan ordusu təslim oldu. Erməni
separatçı dövlətinin başçısı və dəstəkçiləri həbs edilərək Bakıya gətirildi. Antiterror
tədbirləri Ordumuzun peşəkarlığını bütün dünyaya göstərdi. Mülki insanlara, mülki
infrastruktura ziyan vurmadan, dağdan-dərədən, düzəndən-keçiddən adlayaraq çox qısa
müddətdə böyük nəticə əldə etmək yalnız yüksək hazırlıqlı orduya xas hadisədir. Cənab
Prezident İlham Əliyev tarixə həm Qurucu, İslahatçı Prezident kimi, həm də Qalib
Sərkərdə, Müzəffər Ali Baş Komandan kimi düşdü. Azərbaycanın dövlət suverenliyi tam
təmin edildi. Bunun nəticəsidir ki, bu gün Cəbrayılda, Zəngilanda, Qubadlıda, Fizulidə,
Şüşada, Laçında, Kəlbəcərdə, Ağdamda, Xankəndində, Ağdərədə, Xocalıda,
Xocavənddə və doğma Azərbaycanımızın hər guşəsində Şanlı Azərbaycan bayrağı
dalğalanır. Azad olunmuş ərazilərimizdə günəş yenidən doğur, əzəli və əbədi yurd
yerlərimiz yenidən canlanır, Azərbaycan bayrağının sancıldığı hər qarış yer cənnətə
dönür. Soydaşlarımız yurd yerlərinə, öz ata-baba torpaqlarına geri qayıdırlar.
Azərbaycanın gələcəyi işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik
sükanı Ulu Öndər Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin əlindədir. Bu
siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən,
modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Bu gün
qürurla deyə bilirik ki, sahəsi 86.6 min kv.km olan Azərbaycan Respublikası bütöv,
suveren və müstəqil dövlətdir. Müstəqil Azərbaycan Prezident, Ali Baş Komandan İlham
Əliyevin rəhbərliyi ilə daha da yüksək zirvələr fəth edəcəkdir.
Qurban Əliyev,
49 saylı Astara Yol İstismar İdarəsinin rəisi
İşdən çıxarılmalarını qanunsuz hesab edənlərin dövlət orqanlarına etdikləri şikayətlər, ölkə rəhbərliyinə vurulan teleqramlar ciddi araşdırmalara rəvac verib. Belə ki, şikayətlərin araşdırılmasının TƏBİB qarşısında tələb kimi qoyulması "Respublikanski"də yoxlamalarla nəticələnib.
Faktinfo.az saytının əldə etdiyi məlumata görə, RKX-nin direktoru Elviz Qasımovdan edilən şikayətlərə əsasən, ikinci həftədir ki, orada 7 nəfərdən ibarət komissiya yoxlama aparır. Hətta, xəstəxanaya əlavə auditin gəldiyi də bildirilir.Yoxlama qrupuna İcbari Sığorta üzrə Dövlət Agentliyinin Tibbi Planlama Departamentinin rəhbəri Hikmət İbrahimli rəhbərlik edir. Töhmət alanlar, işdən çıxarılanları komissiya üzvləri çağırıb dinləyir, onların izahatları alınır, bəzi həkimlər İcbari Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyevin qəbuluna yazılır.İşdən kənarlaşdırılan təcürbəli həkimlərlə bərabər siyahıda savadlı Laboratoriya müdiri, Reanimasiyanın ümumi şöbə müdiri, həkim-laborant, mamaginekoloq, reanimatoloq və digər şəxslərin də adı keçir. Tibb müəssisəsindən uzaqlaşdırılan bəzi həkimlərin qanunla qorunan hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmələri barədə xəbərlər də var.
Faktinfo.az saytının əldə etdiyi məlumatda o da qeyd olunur ki, yoxlama qrupu işdən çıxarılan şəxsləri araşdırmaqla yekunlaşmır, dərman preparatlarının istifadə qaydalarına, müalicə işinin vəziyyətinə də diqqət yetirir. Artıq iki həftədən artıq yoxlama qrupunun Respublika Klinik Xəstəxanasında olması səhiyyə müəssisəsinin direktoru Elviz Qasımovun özü tərəfindən xəstəxanaya işə gətirdiyi Könül Namazova başda olmaqla, bir çox şəxsləri narahat etməyə başlayıb, eləcə də orada həkimlərin şkaflarını yoxlamış, gizli səs yazıları həyata keçirmiş, adamlarda da təşviş yaratmışdır.
İrəliləyən günlərdə: Yaşlı həkimləri işdə saxlayıb, cavan və bacarıqlı kadrları işdən azad etmək nə qədər düzgündür, növbəti yazıda oxuya bilərsiniz.
Üçrəngli bayrağımız tarixi qələbəmizin, dövlətçilik ənənələrinə sadiqliyimizin
rəmzi kimi əzəmətlə dalğalanır
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli
Sərəncamı ilə hər il 9 noyabr tarixi Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi
qeyd edilir. Xalqımızın azadlığını, suverenliyini, öz istiqlalı uğrunda apardığı mübarizəni, milli
kimliyini tərənnüm edən üçrəngli bayrağımız həm də milli qürurumuzdur. Çünki milliliyi, dini
inancımızı və müasirliyi təcəssüm etdirən bayrağımız azərbaycanlılara öz soykökünü
xatırladır, üzərində dalğalanan torpağın qədimliyini göstərir.
Müstəqil Azərbaycanın dövlət bayrağı ölkəmizin və xalqımızın milli-mənəvi dəyərlərini
özündə yüksək səviyyədə əks etdirir. Bayrağımızdakı mavi rəng türklük, yaşıl rəng
müsəlmanlıq rəmzidir, qırmızı rəng isə müasirliyin simvoludur. Türkçülük, islamçılıq və
müasirlik prinsiplərinin vəhdətini özündə əks etdirən dövlət bayrağımızın rəng simvolikası ötən
əsrin əvvəllərində bir sıra Azərbaycan mütəfəkkirlərinin əsərlərində ifadəsini tapan müvafiq
ideyalardan qaynaqlanır.
Bayraq dövlətin varlığının, tarixinin və taleyinin göstəricisidir, onun özünütəsdiq
simvoludur. Bayraq millətin kimliyinin, təfəkkür və düşüncə tərzinin ən dəqiq mənəvi ölçü
meyarıdır. Qürur və güvənc yeri kimi bayraq dünyanın hər yerində ən müqəddəs milli dəyərdir,
azadlığın rəmzidir. Bütün dünyaya müstəqil dövlətimizin varlığını bəyan edən Azərbaycan
bayrağı bu deyilənlərin hər birini öz rənglərində vüqarla, iftixarla daşıyır. Xalqımızın azadlığını,
suverenliyini, istiqlalımız uğrunda apardığımız tarixi mübarizəni, mənəvi dünyagörüşümüzü
tərənnüm edən ay-ulduzlu bayrağımız həm də milli kimliyimizin ən böyük tərənnümçüsüdür.
Təsadüfi deyil ki, dövlət bayrağı bütün vətəndaşlarımız üçün müqəddəs dövlətçilik rəmzidir.
Azərbaycan xalqının bayraq sevgisi sonsuzdur. Hər bir vətəndaşımız bayrağımıza
ehtiram göstərməyi özünə müqəddəs borc sayır. Bayrağımız ölkəmizin hər yerində vüqarla
dalğalanır. Üzvü olduğumuz beynəlxalq təşkilatların binalarının qarşısında dalğalanan
bayrağımız müstəqil dövlətimizin varlığını dünyaya çatdırır. Bayrağımız mühüm tədbirlər,
mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda qaldırılaraq
müstəqilliyimizi və milli birliyimizi təcəssüm etdirir. İdmançılarımız beynəlxalq yarışların qalibi
olanda bayrağımızı başlarının üzərinə qaldırıb, himnimizi səsləndirirlər.
Ulu Öndər Heydər Əliyev Dövlət bayrağımız haqqında danışarkən qeyd edirdi ki, kim
Azərbaycanı sevirsə, Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, işğal olunmuş
torpaqlarımızın azad olunmasını, ərazi bütövlüyümüzün təmin olunmasını istəyirsə, o, bu
bayraq altında birləşməlidir.Ulu Öndərin bu fikirləri hər bir vətəndaş qarşısında böyük vəzifələr
müəyyənləşdirmiş oldu. Azərbaycan xalqı üçrəngli bayaraq altında birləşdi və öz torpaqlarını
işğaldan azad etdi. Artıq üçrəngli bayrağımız işğaldan azad edilmiş ərazilərimizdə qürurla,
Zəfər coşqusu ilə dalğalanır. Müəzffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyev hər
zaman qeyd edir ki, bizim bayrağımız qürur mənbəyimizdir. Bayrağımız eşidilən səsimiz,
duyulan nəfəsimizdir. Ölkəmizdə 9 noyabr tarixinin Bayraq Günü kimi qeyd olunması da məhz
Prezident cənab İlham Əliyevin üçrəngli bayrağımıza verdiyi böyük dəyərin göstəricisidir.
Müdriklərin belə bir deyimi var: “Bəşəriyyət dahilərə, tarixi şəxsiyyətlərə möhtac olduğu
qədər də onlara borcludur”. Bu gün xalqımız onu nicat yoluna çıxaran, dövlətçiliyimiz,
müstəqilliyimiz yolunda mütərəqqi addımlar atan dahi siyasətçi, görkəmli dövlət xadimi
ümummilli liderimiz Heydər Əliyevin Naxçıvandan başladığı tarixi xilaskarlıq missiyasını daim
hörmət və ehtiramla xatırlayır. Gənc nəslin Vətənə, xalqa, dövlətə olan məhəbbəti,
bayrağımıza olan sevgisi, ehtiramı dövlətimizi daim yaşadacaq, müstəqilliyimizi əbədi edəcək.
Qalibiyyət nişanəsi üçrəngli bayrağımız həmişə yüksəklərdə, zirvələrdə dalğalanacaq!
Rəşad Tağızadə,
Salyan şəhər 9 saylı tam orta məktəbin müəllimi,
Vətən müharibəsi iştirakçısı, YAP fəalı
Azərbaycan bayrağına ehtiram göstərilməsi ölkə vətəndaşlarının müqəddəs borcudur
Azərbaycan Respublikasının bayragı, gerbi və himni Azərbaycan dövlətinin
müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdir. Dövlət atributu olaraq Azərbaycan
bayrağına ehtiram göstərilməsi ölkə vətəndaşlarının müqəddəs borcudur. Hər kəs bilməlidir
ki, Azərbaycan Respublikasının dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir.
Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir. Mavi rəng - Azərbaycan
xalqının türk mənşəli olmasını, qırmızı rəng - müasir cəmiyyət qurmaq, demokratiyanı
inkişaf etdirmək istəyini, yaşıl rəng - islam sivilizasiyasına mənsubluğunu ifadə edir. Qırmızı
zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir
edilib.
Azərbaycanda üçrəngli dövlət bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan
Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul olunub.Üçrəngli bayraq ikinci dəfə 1990-cı il
noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın ümummilli
lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar
Respublikasının dövlət bayrağı kimi qəbul edilib. Eyni zamanda Naxçıvan Muxtar
Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın
Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsadət qaldırıb.
1991-ci il fevral ayının 5-də ölkə ictimaiyyətinin tələbi ilə Azərbaycan Respublikasının
Ali Soveti "Dövlət Bayrağı haqqında" Qanun qəbul edərək üçrəngli bayrağa Azərbaycan
Respublikasının dövlət bayrağı statusunu verib. 1991-ci il oktyabrın 18-də müvafiq
Konstitusiya aktı ilə dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikası özünü
Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edərkən onun dövlət rəmzlərini,o cümlədən
Dövlət Bayrağını qəbul edib. Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə
qayıdışından sonra üçrəngli bayrağımız ümumxalq referendumu ilə qəbul edilən
Konstitusiyada da öz əksini tapıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Naxçıvandan başlanan
bu böyük tarixi hadisəni yüksək qiymətləndirərək demişdir:“Ulu öndər Heydər Əliyevin
rəhbərliyi altında Naxçıvan Ali Sovetinin sessiyasında məhz Xalq Cümhuriyyətinin
bayrağının dövlət bayrağı kimi qəbul olunması Azərbaycanı müstəqilliyə daha da
yaxınlaşdırmış və ölkəmizdə gedən proseslərə güclü təkan vermişdir.”
Ulu öndərin milli mənafelərə əsaslanan, siyasətini bütün sahələrdə uğurla davam
etdirən Prezident İlham Əliyev də daxilindən gələn yüksək vətənpərvərliklə Azərbaycanın
milli dövlət atributlarını uca tutur və konkret addımları ilə bu ruhu cəmiyyətə aşılayır. Dövlət
başçısının milli ideallara bağlılığı özünü həm də üçrəngli bayrağımıza münasibətdə qabarıq
göstərir. Bakı şəhərində, Xəzərin sahilində Dövlət Bayrağı Meydanının yaradılması da
Prezident İlham Əliyevin dövlət atributlarına olan yüksək ehtiramının bariz nümunəsidir.
Prezident İlham Əliyev 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının
yaradılması barədə Sərəncam imzaladı, həmin il dekabrın 30-da Bakının Bayıl qəsəbəsində
- Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında Dövlət Bayrağı Meydanının təməli qoyuldu.
2010-cu il sentyabr ayının 1-də Bakıda Dövlət Bayrağı Meydanının açılışı oldu. Belə bir
meydanın ölkəmizdə yaradılması isə üçrəngli bayrağımıza dövlətimizin, cəmiyyətimizin
dərin ehtiramının göstəricisidir. Həmçinin, Prezident İlham Əliyevin təşəbbüsü ilə meydanda
Dövlət Bayrağı Muzeyi də yaradılıb. Bütövlükdə, Dövlət bayrağının təbliği istiqamətində
görülən işlər, o cümlədən dövlətimizin atributiv rəmzinin qorunması dövlət rəmzlərinə
hörmətin ifadəsi kimi vahid azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşməyə rəvac verən
məsələ oldu.
Dövlət bayrağı respublikamızın dövlət qurumlarının və diplomatik
nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər
mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə
və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir. Bütövlükdə, dünya
ictimaiyyəti xalqımızın öz bayrağına - milli atributlarına nə qədər sayğılı olduğunu görür.
Ümummilli liderimiz Heydər Əliyevin bəyan etdiyi kimi, Azərbaycanın müstəqilliyi əbədidir,
daimidir, dönməzdir. Və üçrəngli bayrağımız da daim zirvələrdə dalğalanacaq. Bu
baxımdan, 9 Noyabr - Dövlət Bayrağı Günü ölkəmiz üçün ən tarixi günlərdən biridir.
Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəmizə, milli-
mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.
Rafiq Əzizov,
Salyan rayon Dayıkənd kənd tam orta məktəbin müəllimi, YAP fəalı
Bayrağımız bundan sonra daha möhtəşəm uğurlarımıza şahidlik edəcək
Bayraq hər bir millətin imzasını, onun kimliyini təsdiq edən bir varlıqdır. Bayraq həmçinin
Vətənə sevgi və məhəbbət rəmzidir.Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən
müqəddəs rəmzlərdən sayılan üçrəngli bayrağımız hər bir Azərbaycan vətəndaşında yüksək
vətənpərvərlik duyğuları aşılayır.
Bаyrаğımız tаriхin кеşməкеşli yоllаrındаn кеçib, illərin sınаğındаn çıхıb. Müstəqilliк
uğrundа gеdən mücаdilələrdə şəhid оlmuş minlərlə оğul və qızlаrımızın qаnınа bоyаnıb. Оnа
görə də hər bir аzərbаycаnlı üçün bu bаyrаq həm də müqəddəsdir.
30 ilə yaxındır, üçrəngli bayrağımızın təcavüzkar qonşularımızın işğal etdiyi torpaqlarda
dalğalanacağı günü gözləyirdik. İllərlə arzuladığımız, həsrətlə gözlədiyimiz bu gün artıq reallığa
çevrilib. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz işğal
olunmuş ərazilərimizin azad edilməsi uğrunda müzəffər yürüşünü inamla sona çatdırdı və
torpaqlarımız azad oldu. Artıq iki ildir bütün bayramlarımızı, o cümlədən 9 Noyabr-Dövlət
Bayrağı Gününü Zəfər ruhunda qeyd edirik. Qalibiyyət rəmzi olan üçrəngli bayrağımızın
işğaldan azad edilmiş torpaqlarımızda dalğalanması qürurumuzun, milli kimliyimizin, sabaha
doğru inamlı addımlarımızın əsasıdır. Dövlət Bayrağı Günündə 44 günlük İkinci Qarabağ
müharibəsi dövründə cəbhədən gələn qələbə müjdəli xəbərlərin xalqımızda yaratdığı hissləri
yada salmamaq mümkün deyil. Həmin gün küçə və meydanlarımızı üçrəngli Azərbaycan
Bayrağı bəzədi. Bayrağımız paytaxt və bölgələrimizdə yaşanan Zəfər sevincinə şahidlik etdi.
Dövlət başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin tarixi Zəfərimizdən dərhal
sonra işğaldan azad edilmiş ərazilərimizə ilk səfərləri həmin torpaqlarımızda Azərbaycan
Bayrağının ucaldılması ilətarixə yazıldı.
Azərbaycan Prezidenti cənab İlham Əliyev özünün dövlət başçısı kimi fəaliyyətə
başlamasının iyirminci ildönümü günündə, möhtəşəm Zəfərimizin üçüncü ildönümü, eləcə də,
18 Oktyabr – Dövlət Müstəqilliyimizin Bərpası Günü ərəfəsində xalqımıza heç zaman
unudulmayacaq hədiyyələr bəxş etdi. Belə ki, ölkəmizin Qarabağ iqtisadi rayonunda kök salmış
separatşı və terrorçu ünsürlərə qarşı aparılmış lokal antiterror əməliyyatlarından bir ay
keçməmiş Ali Baş Komandan Azərbaycan Bayrağının bütün yaşayış məntəqələrimizdə
ucaldılmasına nail oldu. Həm də bu uğura cənab Prezidentin özü, şəxsən imza atdı. Ağdərə,
Əsgəran, Xocalı, Suqovuşan, Xocavənd və Xankəndidə müqəddəs bayrağımızı öz əli ilə
ucaltdı.
“Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün
Azərbaycanın hər bir yerində Dövlət Bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa
edəndən sonra milli Dövlət Bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda
qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır...”
Prezident İlham Əliyevin 13 il bundan əvvəl – Bakıda Dövlət Bayrağı Meydanının təntənəli
açılış mərasimdə əminliklə söylədiyi həmin fikirlər bu gün müasir Azərbaycan reallıqlarının
zirvəsində yer alır. Bizim bayrağımız həqiqətən işğaldan azad etdiyimiz bütün şəhər və
kəndlərdə dalğalanır.
Azərbaycan ənənələri olan ölkədir. Keçmişinə, ədət-ənənələrinə, milli-mənəvi dəyərlərinə
sadiq, dövlətçilik maraqlarını hər şeydən üstün tutan xalqımız Dövlət Bayrağımız altında bir
amala-azərbaycançılıq ideyasının təbliğinə xidmət edir. Bayrağımız varlığımızın sübutu,
müstəqil dövlətə sahib çıxmaq bacarığımızın əsas göstəricisidir. Prezident cənab İlham
Əliyevin ilk gündən qarşıya qoyduğu bu hədəfə uyğun olaraq əldə edilmiş uğurlarla
kifayətlənmir, daim irəli baxırıq. Bu gün qalib Azərbaycanın qarşısında daha böyük üfiqlər
açılııb. Bayrağımız bundan sonra daha möhtəşəm uğurlarımıza şahidlik edəcək.
Aqil Qurbanov,
Salyan rayon Qarabağlı 2 saylı kənd tam orta məktəbin müəllimi, YAP fəalı