![]() |
![]() |
Venesuela düşməndir və ABŞ şirkətlərinin bu ölkədən neft almağa davam etməsini istəmirəm.
Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
“Biz Venesuelanı çətin vəziyyətə salmışdıq. Hər şeyin çox yaxşı olacağı görünürdü. Daha sonra Bayden gəldi və həmişəki kimi hər şeyi məhv etdi. Onun dövründə Venesueladan milyardlarla dollar dəyərində neft almağa başladılar. Niyə düşmənə üz tutub ona milyardlarla pul verdilər? Biz bu məsələ ilə məşğul oluruq”, - Tramp bildirib.