Donald Tramp administrasiyasının Kiyevə təklif etdiyi ABŞ-ın Ukraynanın təbii sərvətlərinə çıxışı haqqında saziş Vaşinqtonun mineral və neft-qaz ehtiyatlarına, limanlara və digər infrastrukturlara nəzarətini nəzərdə tutur.

 

Axar.az xəbər verir ki, bu barədə “Telegraf” saziş layihəsinə istinadən məlumat yayıb.

“Trampın tələbi ölkənin ən mühüm mineral ehtiyatları üzərində ABŞ-ın nəzarətindən xeyli kənara çıxır. Bu, limanlardan və infrastrukturdan tutmuş neft və qaza qədər hər şeyə təsir edir”, - məlumatda deyilir.

Sənədə əsasən, Vaşinqton və Kiyev münaqişənin düşmən tərəflərinin Ukraynanın bərpasından faydalanmaması üçün birgə investisiya fondu yaratmalıdır.

Tramp administrasiyası Ukraynanın resursların hasilatından əldə etdiyi cari gəlirlərin 50%-ni, habelə üçüncü tərəflərə verilmiş bütün yeni (resursların çıxarılması) lisenziyaların dəyərinin 50%-ni almaq istəyir.

Vurğulanır ki, Ukrayna Prezidenti Vladimir Zelenskinin özü ABŞ-a ölkəsinin resurslarına çıxış imkanı vermək ideyasını irəli sürüb:

“O, Amerika şirkətlərinin Ukraynada fəaliyyətə başlayacağını və bunun Vladimir Putinin yenidən Ukraynaya hücumunun qarşısını alacaq tələ yaradacağını güman edib. Bu, xüsusilə, bəzi faydalı qazıntı yataqlarının ölkənin şərqində cəbhə xəttinə yaxın və ya Rusiyanın işğal etdiyi ərazilərdə yerləşməsinə əsaslanır. Zelenski yəqin ki, adətən müharibədə məğlub olmuş təcavüzkar dövlətlərə şamil olunan şərtlərlə qarşılaşacağını gözləmirdi. Onlar Almaniya və Yaponiyaya 1945-ci ildə məğlub olduqdan sonra tətbiq edilən maliyyə sanksiyalarından daha pisdir. Müqavilə layihəsi qəbul edilsəydi, Trampın tələbləri Versal müqaviləsinə əsasən Almaniyaya tətbiq edilən təzminatlardan daha çox, Ukrayna ÜDM-nin payına bərabər olacaqdı”.

20 Fevral 2025 Zelenski kimi adamı diktator adlandırmaq... - Pavel
20 Fevral 2025 Saytlara kiber hücum: MEDİA-dan reaksiya…
20 Fevral 2025 Tramp Kremlə olan münasibəti alt-üst edir
20 Fevral 2025 Ukraynalılar həm də bizim üçün ölürlər - Trüdo
19 Fevral 2025 Putindən Ər-Riyad danışıqlarına reaksiya
19 Fevral 2025 Mənimlə bağlı Trampa yanlış məlumat verilib - Zelenski
19 Fevral 2025 Ukrayna ilə bağlı danışıqlara qayıtmağa hazırıq - Putin
19 Fevral 2025 Trampın Ukrayna ilə bağlı məntiqini başa düşmürük - Fransa
19 Fevral 2025 Putin cinayətkardır, ona inanmaq olmaz - Uiker
19 Fevral 2025 Tramp bu ölkəni düşmən adlandırdı
19 Fevral 2025 Borrell: ABŞ-la AB boşanır
19 Fevral 2025 Kallasdan şok: Rusiya qalibdir
19 Fevral 2025 Trampın kursu ilə bizim bu mövqeyimiz... - Ərdoğan
18 Fevral 2025 Ukrayna ilə ABŞ arasında saziş imzalanacaq
18 Fevral 2025 Türkiyə ordusu daha 2 PKK üzvünü məhv etdi
18 Fevral 2025 Zelenskinin Krım tatarları ilə bağlı addımı... - Ərdoğan
18 Fevral 2025 Zurabişvili də “yumurta atəşinə” tutuldu - Video
18 Fevral 2025 Peskov: Putin Zelenski ilə danışıqlara hazırdır
18 Fevral 2025 Trampla Putin İranı da müzakirə edib - Peskov
18 Fevral 2025 ABŞ buna 50 trilyon xərcləyib: İndi Tramp tələb edir ki…
17 Fevral 2025 Zelenski Ərəbistana bu tarixdə gedəcək
17 Fevral 2025 Zelenski Zayedlə görüşdü: Bu, BƏƏ-yə birbaşa təhlükədir
17 Fevral 2025 Şoltsdan Ukrayna açıqlaması: İmkan verməyəcəyik!
17 Fevral 2025 Cənubi Afrikanın ilk gey imamı öldürüldü
17 Fevral 2025 Ukrayna parçalanır, Zelenski ölkədən qaçır… - Şok proqnoz
14 Fevral 2025 İlkin şərt yoxdur, Trampla hər şeyi... - Zelenski
14 Fevral 2025 Bu gün Rusiya, ABŞ və Ukrayna danışıqları başlayır - Tramp
13 Fevral 2025 Ukrayna ərazilərini geri qaytara bilməyəcək - Tramp
12 Fevral 2025 ABŞ istəyir ki, İsrail İrana hücum etsin - Pezeşkian
12 Fevral 2025 Bu, böyük çağırış və böyük nailiyyət idi - Prezident