![]() |
![]() |
Avropa heç kimə Ukraynanın demilitarizasiyası ilə bağlı danışıqlar aparmağa imkan verməyəcək.
Axar.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib.
“Biz Ukraynanın demilitarizasiyası ilə bağlı heç kimin razılığa gəlməsinə imkan verməyəcəyik”, - Şolts bildirib.
Onun sözlərinə görə, Avropasız Ukrayna üçün heç bir təhlükəsizlik təminatından söz gedə bilməz.