![]() |
![]() |
Milli.Az xəbər verir ki, iki metrlik sürünənin necə tutulduğunu əks etdirən videonu "What's the Jam" nəşri yayıb.
Bildirilir ki, ilan xəstəxanaya pəncərədən daxil olub. Qurumun əməkdaşlarından birinin yayımladığı videoda iki kişinin pitonu quyruğundan və başından tutduğu görünür.
Məlumata görə, onlar ilanı plastik vedrəyə yerləşdirib xəstəxana ərazisindən çıxarmağa çalışıblar. Lakin məlum olub ki, piton plastik vedrəyə sığmayacaq qədər böyükdür.
Qeyd edək ki, ilanın sonrakı taleyi məlum deyil. Hadisə zamanı xəsarət alan olmayıb. /Publika.az