İraq Kürd Regional Rəhbərliyində əhalinin sayının müəyyən edilməsi üçün 1957-ci ildən bəri ilk siyahıyaalma aparılacaq.

Səddam Hüseynin devrilməsindən sonra demoqrafik strukturu xeyli dəyişmiş Kərkükdəki türkmanların siyahıyaalmaya necə daxil ediləcəyi maraq doğurur.

Axar.az Publika.az-a istinadla xəbər verir ki, iki ay davam etməsi gözlənilən siyahıyaalmada 20 min səlahiyyətli, 4 vilayət, 42 rayon, 154 nahiyə, 2 min 163 məhəllə və 5 min 533 kənddə müəyyənləşmələr aparılacaq. Bildirilir ki, yeni siyahıyaalma 1957-ci ildə əldə edilən məlumatlar əsasında aparılacaq.

Bölgədə türkmanlar, kürdlər və ərəblər üçün ciddi dəyişikliklər baş verib. Xüsusən də Kərkük türkmanları sürgün və assimilyasiya nəticəsində əhali itkisinə məruz qalıb.

Bu barədə “Haber Global"a açıqlama verən Kərkükdən olan türkman siyasətçi Əhməd Muradlı türkmanların siyahıyaalma ilə bağlı narahatlığını açıqlayıb. O, bölgənin demoqrafik quruluşu haqqında da əhəmiyyətli məlumatlar verib:

“Siyahıyaalmada türkmanların əksəriyyəti Kərkükdə yer alır. Şəhərin 60 faizi türkmanlar olaraq qeyd edilib. Demoqrafik strukturun dəyişdirilməsi monarxiya dövründən başlayır. Kərkük də Türkiyənin Milli Paktının sərhədləri daxilində yerləşir. Amma bu o demək deyil ki, Türkiyə bu bölgəni tuta bilər. Buna baxmayaraq, bölgənin əhali strukturunun dəyişdirilməsi nəzərdə tutulub və İraq dövləti türkmanların yaşadıqları bölgələri ərəbləşdirməyə başlayıb”.

Muradlı bildirib ki, Səddam administrasiyası Kərkükdə məskunlaşan kürdləri o dövrdə Ərbil və Süleymaniyyədən şimala göndərib: "O dövrdə məskunlaşan kürdlərin sayı 11 min 800 nəfər civarında idi. Lakin 2003-cü ildə Səddam devrildikdən sonra İraqın şimal administrasiyası bunu bəhanə edib, 1 milyon insanı Kərkükdə yerləşdirib. Mehmanxanaları, hamamları və məscidləri ilə Kərkükə kimlik qazandıran türkman əhalimiz azlıq təşkil edib”.

Siyasətçi siyahıyaalma üsulu ilə bağlı narahatlığını da dilə gətirib: "Uzun müddətdir ki, bu bölgədə Osmanlı İmperatorluğunun izlərini silmək planlaşdırılır. 100 ildir yaratdığımız qardaşlığı, sülhü, əmin-amanlığı məhv etmək istəyən böyük qüvvələr var. Siyahıyaalmada “Türkmansan”, “Kürdsən”, “Ərəbsən” kimi suallar olmasa da, siyahıyaalmanın texniki cəhətdən dəyişdiyini bilirik. Sonradan çox qəribə vəziyyətlərlə qarşılaşa bilərik. Türkmanlardan qovulanlar var. Bizi siyahıyaalmaya ümumiyyətlə daxil etməyəcəklər”.

Konstitusiyada mübahisəli bölgələr olaraq qeyd edilən Kürd bölgələri və Kərkükdə Ali Siyahıyaalma Komitəsinin etdiyi razılaşmaya görə, qruplar kürd, ərəb və türkman olmaqla 3 nəfərdən ibarət olacaq. Siyahıyaalma üçün formalar 3 fərqli dildə doldurulacaq.

27 Noyabr 2024 Dekabrda yeni təkan olacaq - Zelenski
27 Noyabr 2024 Rusiya ordusu bu ərazidən geri çəkildi - Səbəb
27 Noyabr 2024 Ukrayna savaşı həm də belə bitəcək - Lemmi
27 Noyabr 2024 Daha bir HƏMAS komandiri məhv edildi
26 Noyabr 2024 Ukraynaya dəstək davam etməlidir - Miçotakis
26 Noyabr 2024 Bayraqdar: ABŞ-ın hədəfi Rusiya deyil, Türkiyədir!
26 Noyabr 2024 ABŞ-Rusiya müharibəsi hər an başlaya bilər - Kendall
26 Noyabr 2024 İsrailə növbəti cavabımız təəccübləndirəcək - Bagiri
26 Noyabr 2024 İsrail HHQ Beyruta növbəti zərbə endirdi
26 Noyabr 2024 İtaliya təklif verdi: Netanyahunun həbsi qərarı...
26 Noyabr 2024 İsrail-Hizbullah razılaşması bu tarixdə elan ediləcək!
26 Noyabr 2024 Narışkin: Bu ölkə Ukraynanın yolu ilə gedir
26 Noyabr 2024 Bayden Trampın andiçmə mərasiminə qatılacaq
26 Noyabr 2024 17 yaşlı təbrizli qız Xameneiyə görə həbs edildi
26 Noyabr 2024 Putin müraciət etdi: MDB-də bunun qarşısını alın!
26 Noyabr 2024 Medvedyev: Bu, Rusiyaya hücum aktı deməkdir
26 Noyabr 2024 “Cənub” ordusuna yeni komandan təyin edildi
26 Noyabr 2024 Ukrayna üçün bunu etməyəcəyik - Lemmi
26 Noyabr 2024 Şoyqu Əfqanıstanda: Taliblərlə görüşdü...
26 Noyabr 2024 Putin onların maaşını iki dəfədən çox artırdı
26 Noyabr 2024 Bunsuz müharibə bitməyəcək - Kiyev
26 Noyabr 2024 Ərdoğan: Onun üçün çəmbər daralır, cəsarətli qərardır
25 Noyabr 2024 Bu hədəfə doğru irəliləyirik - Ərdoğan
25 Noyabr 2024 Qadın meşədə qara truffle aşkar edib
25 Noyabr 2024 Kiyevə verilən bu minalar çox təhlükəlidir - Quterreş
25 Noyabr 2024 Netanyahu Hizbullahla atəşkəsi təsdiqlədi
25 Noyabr 2024 Miqrantlar Nyu Yorkdan qaçır: Tramp elan etmişdi
25 Noyabr 2024 Adil Kərimli BMT forumu üçün Portuqaliyaya getdi
25 Noyabr 2024 Hindistandan Ukrayna açıqlaması: Bunu dəstəkləyirik!
25 Noyabr 2024 Putin onu xüsusi nümayəndə təyin etdi