Gürcüstanın daxilində olan bəzi qüvvələr ABŞ və Qərb dövlətlərinin maraqlarına xidmət edirlər.
Qərbin və ABŞ-ın əlində oyuncaq olan bu qüvvələr başa düşmürlər ki, onlar bu yolla gürcü xalqını fəlakətə sürükləyirlər.
Axar.az xəbər verir ki, bu sözləri Azərtac-a müsahibəsində gürcü politoloq Goga Xaindrava söyləyib.
Onun sözlərinə görə, belə qüvvələrin başında dayananlardan biri prezident Salome Zurabişvilidir. S.Zurabişvili çoxdandır ki, Gürcüstanın prezidenti deyil, o, bu ölkədə Qərbin rezidentidir. Onu xarici agentlərin rəhbəri təyin ediblər və Gürcüstanda inqilab etmək üçün təlimatlandırıblar. Bu ssenari ABŞ-da “Makkeyn İnstitutu”nda yazılıb. Bu ssenari üzrə bir çox QHT-lər və media qurumları da fəaliyyətdədir.
“Ölkədə qarışıqlıq yaratmaq istəyən hər hansı bir qüvvə Gürcüstan xalqının düşmənidir. Gürcüstanın indiki prezidenti xalqı aldatdı və onu dəstəkləyənlərə arxa çevirdi. Mən əminəm ki, hakim Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyası bu seçkilərdə çox böyük qələbə qazanacaq və parlamentdə çoxluq təşkil edərək impiçment məsələsini də sona çatdıracaq”, - deyə G.Xaindrava vurğulayıb.