Ukrayna ABŞ və digər Qərb ölkələrindən silah tədarükündən asılıdır, lakin bu, Şimali Koreyadan silah tədarükündən asılı olan Rusiyadan daha yaxşı vəziyyətdir.
Axar.az xəbər verir ki, bunu BBC-yə müsahibəsində Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.
Ukraynalı nazir qeyd edib ki, Qərb müttəfiqləri də Ukraynadan - onun rus təcavüzkarını dayandırmaq qabiliyyətindən asılıdır.