Rusiya və Türkiyə prezidentləri - Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan iyulda Astanada keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində görüşə bilər.
Axar.az xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov jurnalistlərə bildirib.
“Əgər Türkiyə Prezidenti ŞƏT-in sammitində iştirak edərsə, biz şübhəsiz ki, Rusiya və Türkiyə liderləri arasında hərtərəfli görüş keçirməyə çalışacağıq. Görüşün vaxtı uzanır, həm Moskva, həm də Ankara bunu anlayır", - Uşakov deyib.