NATO Rusiya və Çindən artan təhlükəyə qarşı nüvə silahlarını döyüşə hazır vəziyyətə gətirmək - daha çox nüvə silahı yerləşdirmək, onları anbardan çıxarmaq və gözləmə rejimində saxlamaq üçün danışıqlar aparır.
Axar.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Britaniyanın “Teleqraf” qəzetinə deyib.
Xatırladaq ki, Y.Stoltenberq keçən həftə nüvə silahlarının NATO-nun son təhlükəsizlik zəmanəti və sülhü qorumaq vasitəsi olduğunu söyləmişdi.