Ukrayna Rusiya Prezidenti Vladimir Putinin təkliflərindən imtina edərsə, daha ağırlaşdırılmış sülh şərtləri ilə qarşılaşacaq.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin TASS-a müsahibəsində deyib.
“Hansısa sülh sazişinin imzalanması üçün təklif ediləcək növbəti şərtlər Ukrayna üçün daha mürəkkəb və sərt olacaq”, - Narışkin bildirib.
Qeyd edək ki, ötən həftə V.Putin Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə görüş keçirib. O, görüş zamanı Ukrayna üçün növbəti sülh təklifi ilə çıxış edib.