Hər il iyunun 17-də bütün dünyada qeyd olunan Ümumdünya Səhralaşma və Quraqlıqla Mübarizə Günü 1994-cü ildə BMT Baş Assambleyası tərəfindən təsis edilib.

 

Milli.Az report.az-a istinadən xəbər verir ki, həmin ekoloji bayramın keçirilmə tarixi Birləşmiş Millətlər Təşkilatının Səhralaşmaya Qarşı Mübarizə Konvensiyasının 1994-cü il iyunun 17-də qəbul edilməsinin ildönümü ilə əlaqədar seçilib.

Konvensiya dövlətlərdən bu günün fəaliyyətini səhralaşmaya və quraqlığın nəticələrinə qarşı mübarizədə beynəlxalq əməkdaşlığın zəruriliyi haqqında məlumatlılığın artırılmasına, eləcə də Səhralaşma ilə Mübarizə Konvensiyasının müddəalarının həyata keçirilməsinə həsr etməyi tələb edirdi.

Həmçinin BMT Baş Assambleyası 2010-cu ilin yanvarından 2020-ci ilin dekabrına qədər olan dövrü BMT-nin səhralara və səhralaşmaya qarşı mübarizəyə həsr olunmuş Onilliyi elan etmişdi.

Səhralaşma hazırkı dövr üçün dünyanın ən qorxulu ekoloji deqradasiya proseslərindən biridir. Yer səthinin üçdə biri deqradasiyaya uğrayıb. Bu isə bir milyarddan çox insanın sağlamlığını və yaşayışını təhdid edir.

Quraqlıq geniş yayılmış məhsul çatışmazlığı, meşə yanğınları və su qıtlığı kimi təsirlər nəticəsində insan itkisi baxımından ən dağıdıcı təbii fəlakətlərdən biridir. Quraqlıqlar torpağın deqradasiyası və iqlim dəyişikliyi ilə daha da güclənir. Belə ki, 2000-ci ilə nisbətən 29 faiz artan quraqlıq halları daha tez-tez və şiddətli formada qeydə alınır və hər il 55 milyon insana təsir edir. 2050-ci ilə qədər quraqlıqlar dünya əhalisinin təxminən dörddə üçünə təsir edə bilər.

Səhralaşma problemi beynəlxalq ekoloji təhlükəsizlik sistemi, yoxsulluğun aradan qaldırılması səyləri, sosial-iqtisadi sabitlik və davamlı inkişaf üçün ciddi nəticələrə malik qlobal və aktual dünya əhəmiyyətli problemdir. Səhralaşma və quraqlıq qida təhlükəsizliyinə təhdid olmaqla aclıq və yoxsulluğun artmasının əsas səbəbidir. Çünki nəticədə yaranan sosial, iqtisadi və siyasi gərginlik münaqişələrə, daha da yoxsullaşmaya və torpaqların deqradasiyasının artmasına səbəb ola bilər. Dünyada artan səhralaşma yeni sığınacaq və dolanışıq vasitələri axtarmağa məcbur olan yoxsulların sayını milyonlarla artırmaq təhlükəsi yaradır.

Səhralaşmanın azaldılmasına meşələrin bərpası, su ehtiyatlarının səmərəli idarə edilməsi, külək keçirməyən əkinlərdən və xüsusi qum baryerlərindən istifadə etməklə torpağın sabitləşdirilməsi, torpağın zənginləşdirilməsi və gübrələnməsi, təbii torpaq bərpası üsulları səhralaşmanın azaldılmasına kömək edə bilər.

Bu il Beynəlxalq Səhralaşmaya və Quraqlığa Qarşı Günün mövzusu "Onun torpağı. Onun hüquqları"dır. Həmin deviz qadınların torpağa və əlaqəli aktivlərə bərabər çıxışına investisiya qoymasının onların və bəşəriyyətin gələcəyinə birbaşa investisiya olduğuna diqqət çəkir. Qadınların və qızların qlobal torpaqların bərpası və quraqlığa davamlılıq səylərində ön sıralarda olmasının vaxtıdır.

29 Noyabr 2024 Tramp Maskla belə əyləndi - Video
29 Noyabr 2024 Azərbaycanda bu internet provayderləri ləğv edilir
29 Noyabr 2024 Özgür Özəl barəsində istintaq başladı
29 Noyabr 2024 Kremldən Əsədin gizli səfərinə müəmmalı cavab
29 Noyabr 2024 Kobaxidze AB-yə xəbərdarlıq etdi: səfiri qova bilər
29 Noyabr 2024 Dekabr ayının havası: yağış, qar…
29 Noyabr 2024 Əsəd qardaşını islamçılarla döyüşə göndərdi
29 Noyabr 2024 Suriyada yeni hücuma Kremldən reaksiya
29 Noyabr 2024 Papa Türkiyəyə səfər edəcək
29 Noyabr 2024 HƏMAS İsrail avtobusuna hücum etdi: 9 yaralı
29 Noyabr 2024 HƏMAS İsrailə mümkün güzəştləri müzakirə edir
29 Noyabr 2024 Suriyada “türkyönlülər” 90 vaqnerçini məhv etdi
29 Noyabr 2024 Tiflisdə aksiya: 43 nəfər saxlanıldı, 32 polis yaralandı
29 Noyabr 2024 2025-ci ildə Günəş fırtınaları olacaq, internet çökəcək
29 Noyabr 2024 Orduya əmr verdim, bu halda müharibə olacaq - Netanyahu
29 Noyabr 2024 Qazaxıstanda buna hazırıq - Putin
29 Noyabr 2024 Putin heç kimə bunu etməyə icazə vermir
29 Noyabr 2024 Bütün cəbhə xəttini qorumağa əsgərimiz yoxdur - Polkovnik
28 Noyabr 2024 Ruslara evdə şir, tülki...saxalamaq yasaq edilir
28 Noyabr 2024 Baydenin təşəbbüsü gec, lakin vacib addımdır - Ərdoğan
28 Noyabr 2024 KTMT Qarabağda İrəvanın tərəfində vuruşmamalı idi...
28 Noyabr 2024 Putin hədələdi: Kiyev nüvə silahı əldə etsə...
28 Noyabr 2024 Putin elan etdi: PUA qoşunları yaradırıq!
28 Noyabr 2024 Gürcüstan Avropa Birliyinin qrantlarından imtina etdi
28 Noyabr 2024 Gün ərzində hər şey ola bilər! - Putindən maraqlı cavab
28 Noyabr 2024 AB Ukraynaya 18,1 milyard avro kredit ayırır
28 Noyabr 2024 İsrail HƏMAS-ın raket anbarını məhv etdi
28 Noyabr 2024 Putin açıqladı: Yeni əraziləri ələ keçirəcəyik!
28 Noyabr 2024 Şoyqudan Qərbə: Nüvə doktrinasını diqqətlə oxuyun!
28 Noyabr 2024 İsrail meydan oxudu: İranın strateji sərvətini məhv etdik!