Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə danışıqların mümkünlüyünü rədd etmir.
Axar.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Putin heç nəyi, danışıqların mümkünlüyünü də rədd etmir. O deyir ki, Ukraynada ölkə Konstitusiyasına uyğun qanuni orqanlar var”, - Peskov bildirib.