Ukraynaya yeni hərbi yardım paketi göndərməyə hazırıq.
Axar.az xəbər verir ki, bunu İtaliya xarici işlər naziri Antonio Tajani Sülh Sammitində deyib.
"Təəssüf ki, Putin sülhə can atmır. Cənab Zelenski, biz yeni hərbi yardım paketi göndərməyə hazırıq, Ukraynanın yenidən qurulmasını da dəstəkləyəcəyik. Bizə güvənin, İtaliyaya güvənin", - A.Tajani qeyd edib.