Rusiya Prezidenti Vladimir Putin Qırğızıstan Prezidenti Sadır Japarovla telefonla danışıb.
Axar.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Liderlər Moskva ilə Bişkek arasında münasibətlər və iki ölkənin Avrasiya İqtisadi İttifaqında (Aİİ) qarşılıqlı fəaliyyətini müzakirə edib.
Putin Rusiya ilə Qırğızıstan arasındakı münasibətləri yüksək qiymətləndirib. O, Qırğızıstan iqtisadiyyatına sərmayələrin 30%-ə qədərinin Rusiyanın payına düşdüyünü də xatırladıb.