İran İslam Respublikası, Çin və Rusiya hakerləri aqressivləşərək, hücum sürətlərini daha da artırıblar.
Axar.az xəbər verir ki, bunu “Maykrosoft”un baş direktoru Bred İsmit ABŞ Konqresinin Nümayəndələr Palatasının Daxili Təhlükəsizlik Komitəsinin iclasında deyib.
O, İran hökumətinə bağlı haker qruplarının təhdidləri barədə xəbərdarlıq edib:
“Biz İran, Çin, Rusiya və Şimali Koreyada güclü düşmənlərlə qarşılaşırıq. Onlar irəliləyir, daha da aqressivləşir və öz hücumlarını böyük sürətlə həyata keçirirlər”.