Hindistanın qərbindəki Maharaştra ştatının Naqpur şəhəri yaxınlığındakı partlayıcı istehsal edilən zavodda baş verən partlayış nəticəsində azı 6 nəfər ölüb, 3 nəfər yaralanıb.
Axar.az xəbər verir ki, bu barədə “Ekonomik Tayms” qəzeti məlumat yayıb.
Məlumata görə, partlayış “Chamundi Explosive” şirkətinin qablaşdırma sexində baş verib, ölənlər arasında beş qadın var.
Polis hadisənin səbəblərini araşdırır.