Mayın 19-da Şərqi Azərbaycanın Dizmar meşəsində İbrahim Rəisi və digər helikopter qurbanları üçün abidə inşa ediləcək.
Axar.az xəbər verir ki, bu barədə İran Ətraf Mühitin Mühafizəsi Təşkilatı məlumat yayıb.
Ətraf Mühitin Mühafizəsi Təşkilatının ictimaiyyətlə əlaqələr üzrə baş direktoru bildirib ki, Dizmar meşəsinin tarixi adının dəyişdirilərək “Şəhid cümhur” (“Cümhur şəhidi”) qoyulması barədə qərar ləğv edilib.
Qeyd edək ki, bir müddət əvvəl Dizmar meşəsinin tarixi adının dəyişdirilərək İbrahim Rəisinin həlak olması münasibətilə “Şəhid cümhur” qoyulması barədə xəbər azərbaycanlılar arasında etirazlara yol açıb.