Belarus Prezidenti Aleksandr Lukaşenkonun prezidentlik etdiyi müddətdə nə mən, nə də başqa bir erməni rəsmisi Belarusa səfər etməyəcək.
Axar.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
Paşinyan bildirib ki, Lukaşenko Ermənistandan üzr istəsə və ya Belarus təşkilatı tərk edərsə, İrəvan KTMT-yə münasibətini dəyişə bilər.