Döyüşçülər olduqca yaxşı motivasiya olunub.
Hər kəs yaxşı anlayır ki, əgər mövqelərdən geri çəkilsək, sonra müdafiə xəttini Lvov yaxınlığında qurmalı olacağıq.
Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Silahlı Qüvvələrinin 95-ci briqadasının hücum alayının komandiri Danil Zubko deyib.
O bildirib ki, 2022-ci ildə olan intensiv hücumlar hazırda müşahidə edilmir:
“İndi hücumlar lokal xarakterlidir. Bu gün 150 metr irəliləyirik. Daha sonra artilleriya, dron işləyir. Növbəti gün daha 150 metr... Ola bilsin ki, növbəti gün yox, 3 gün sonra irəliləyiş olsun. Belə işləyirik”.