Hazırda Rusiyanın Ukrayna üzərində ən böyük strateji üstünlüyü səmadadır.
Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
“Hazırda Rusiyanın Ukrayna üzərindəki ən böyük strateji üstünlüyü onun səmadakı hakimliyidir. Bu, rus qoşunlarının yerdə irəliləməsinə və ukraynalıların həyatını məhv etmək üçün rus nifrətinə kömək edən raket və bomba terrorudur”, - Zelenski bildirib.