Yəməndəki üsyançı hərəkatı ABŞ-İsrail casus şəbəkəsinin üzvlərini həbs etdiyini açıqlayıb.
Axar.az xəbər verir ki, bu barədə husilərin təhlükəsizlik xidmətinin rəhbəri Abdel Hakim əl-Xayvani deyib.
O bildirib ki, casuslar ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) ilə əlaqəlidir və beynəlxalq humanitar təşkilat adı altında fəaliyyət göstəriblər.