Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfərinin konkret tarixləri hələlik müəyyən edilməyib, diplomatik kanallar vasitəsilə müzakirələr aparılır.
Axar.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə Türkiyə Prezidentinin dəftərxanasından məlumat verilib.
“Cənab Putinin Türkiyəyə səfərinin konkret tarixləri barədə hələlik məlumat yoxdur. Müzakirələr davam edir”, - qeyd olunur.