İsrailin Baş naziri Benyamin Netanyahu müxalifət lideri Benni Qantzdan hökuməti tərk etmək qərarına yenidən baxmağı xahiş edib.
Axar.az xəbər verir ki, bu barədə Netanyahu sosial media hesabında yazıb.
“İsrail bir neçə cəbhədə ekzistensial müharibə aparır. Benni, indi qüvvələri birləşdirməyin vaxtıdır”, - Netanyahu qeyd edib.
Netanyahu açıqlamasında mərkəzçi liderin getməsinə baxmayaraq, HƏMAS-a qarşı müharibəni davam etdirəcəyinə də söz verib.
Qeyd edək ki, Benni Qanrtz bir müddət əvvəl Netanyahunun əməl etməsi üçün 6 şərt irəli sürmüş və 20 gün vaxt vermişdi. Ötən gün vaxt tamam olduğu üçün Qantz fövqəladə kabinetdən istefa verdiyini açıqlayıb.