İsrail HƏMAS hərəkatı üzərində tam qələbəyə çalışır və Qəzza zolağında saxlanılan bütün girovları qaytarana qədər dayanmayacaq.
Axar.az xəbər verir ki, bunu İsrailin Baş nazir Benyamin Netanyahu deyib.
"Tam qələbə üçün çalışırıq. Döyüş meydanını tərk edə bilmərik və bunu istəmirik. Mən HƏMAS-ın məhvi də daxil olmaqla, məqsədlərimizə nail olmadan müharibəni bitirmək niyyətində deyiləm”, - nazir bildirib.