Son bir neçə ay ərzində Çin ABŞ-la silahların yayılması və nəzarət məsələlərində əlaqə saxlamağa daha çox hazır olduğunu nümayiş etdirdi.
Bu, dialoqun başlanğıcıdır.
Axar.az xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.
"Bu, Soyuq müharibənin qızğın çağında SSRİ və ya Rusiya ilə apardığımız silahlara nəzarət üzrə intensiv danışıqlara bənzəmir, lakin bu, dialoqun başlanğıcıdır və biz bunu davam etdirəcəyik”, - Sallivan bildirib.