Ukraynanın silahlanmasına simmetrik cavab olaraq, istənilən ABŞ düşməninə Rusiya silahı verilə bilər.
Axar.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedyev Teleqram səhifəsində yazıb.
“Qoy ABŞ və onun müttəfiqləri üçüncü tərəflərin Rusiya silahlarından birbaşa istifadəsini hiss etsinlər. ABŞ-ın düşmənləri bizim dostlarımızdır və belə ölkələrin Rusiya silahlarından istifadə etməsi düşmənlərimiz üçün maksimum dərəcədə dağıdıcı olacaq. Biz də silahlarımızla düşmənlərimizə endirilən uğurlu zərbələrə sevinəcəyik”, - Medvedyev bildirib.