Çexiyanın mərkəzi hissəsində yerləşən Pardubitse şəhərində sərnişin qatarı ilə yük qatarı toqquşub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə iDNES xəbər portalı fövqəladə hallar xidmətinə istinadən məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində azı 4 nəfər ölüb, onlarla insan yaralanıb.
Bəzi zərərçəkənlərin vəziyyətinin ağır olduğu deyilir.
Hazırda hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir, əraziyə 36 yanğınsöndürmə briqadası və 1 helikopter cəlb olunub.