Rusiya Niderlanda nüvə zərbəsi endirməlidir.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü, general-leytenant Andrey Qurulev deyib.
“Mən özüm üçün kəşf etdim ki, Avropanın karbohidrogen ehtiyatının demək olar ki, 50-60%-i Niderlanddadır. Biz çox yaxşı başa düşürük ki, Avropanı diz çökdürmək üçün necə kritik qəbuledilməz zərər vura bilərik. Nüvə silahının minimal istifadəsi ilə bu, bir günün məsələsidir”, - Qurulev bildirib.