Mariupolun bütün şəhər ərazisi Ukrayna əsgərlərindən təmizlənib.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya MN-in rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.
O bildirib ki, şəhər “Azov” alayının döyüşçülərindən “azad edilib”:
“Ukrayna qruplaşmasının qalıqları hazırda “Azovstal” metallurgiya kombinatının ərazisində qalıb. Onların sayı 2,5 mindən çox deyil”.
Konaşenkov əlavə edib ki, Mariupolda 1464 ukraynalı hərbçi əsir götürülüb:
“Yalnız 16 apreldə Ukrayna hərbi birləşməsinin itkiləri 400 nəfərdən çoxdur. Bu baxımdan Zelenskinin Qərb mediasına Ukraynanın itkilərinin 2,5-3,5 min olması barədə dedikləri yalandır”.