"Starlink" peyklərini vurmaq yaxşı ideyadır, təşəkkür edirəm.
Bunu etmək hələ tezdir, lakin belə bir xahiş olduğu üçün bunu nəzərdən keçirə bilərik.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Teleqram kanalında bildirib.
Qeyd edək ki, səhər saatlarında Vahid Rusiya Partiyasının saytı adı ilə açılan saxta portalda Medvedyevin “İlon Maska məxsus "Starlink" peykləri vurulacaq” xəbəri yer alıb.