20:22
Ukraynanın müxalifət lideri, xalq deputatı Viktor Medvedçuk həbs edilib.
Axar.az xəbər verir ki, bu barədə Lvovun Lıçakovski Rayon Məhkəməsi qərar qəbul edib.
Qeyd olunub ki, dövlətə xəyanətdə və terror təşkilatının fəaliyyətinə yardımda şübhəli bilinən “Müxalifət Platforması”nın xalq deputatı Viktor Medvedçuk ev dustaqlığından qaçıb.
Aprelin 12-də Ukrayna Təhlükəsizlik Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində saxlanılıb.
Aprelin 13-də Lvovun Lıçakovski Rayon Məhkəməsi Medvedçukun və onun həyat yoldaşı Oksana Marçenkonun 154 daşınar və daşınmaz əmlakına həbs də qoyub.