2022.04.15 - 21:28
Rusiya hərbçilərinin Xarkovda yaşayış bölgəsini atəşə tutması nəticəsində 7 nəfər ölüb, 34 nəfər yaralanıb.
Axar.az xəbər verir ki, bu barədə Xarkov vilayətinin hərbi administrasiyasının rəhbəri Oleq Sinequbov deyib.
“Rusiya hərbçiləri Xarkov şəhərinin yaşayış bölgələrindən birini atəşə tutub. Təəssüf ki, 3-ü uşaq olmaqla, 34 nəfər yaralanıb, 1-i yeddi aylıq uşaq olmaqla, 7 nəfər həlak olub”, - o bildirib.
***
Rusiya hərbçilərinin Xarkovda yaşayış bölgəsini atəşə tutması nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb.
Bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.
Daha 35 nəfərin yaralandığı qeyd olunub.