Qananın şərqindəki Volta gölündə qayığın batması nəticəsində azı 7 nəfər həlak olub.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə polis cümə günü axşam saatlarında məlumat yayıb.
Qana Polis Xidmətinin Şərq Regional Komandanlığının sözçüsü Ebenezer Tetteh bildirib ki, 20 sərnişini olan qayıq güclü fırtınaya düşərək batıb.
"Yeddi nəfər suda boğulub, bir nəfər itkin düşüb, qalanları isə xilas edilib", - Tetteh bildirib.
O əlavə edib ki, ölənlərin cəsədləri çıxarılaraq təyinatı üzrə təhvil verilib və qəzanın səbəblərinin aydınlaşdırılması üçün araşdırmalar aparılacaq.