Məhz Rusiya əsassız müharibəyə başladığı üçün Ukraynanın buna cavab olaraq istənilən hərəkəti tamamilə haqlıdır.
Axar.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak Tvitter hesabında bildirib.
"Məhz Rusiya əsassız müharibəyə başladı. Mülki əhalinin kütləvi şəkildə qəsdən öldürülməsi və mülki infrastrukturun genişmiqyaslı məhv edilməsi ilə. Buna görə də Ukraynanın cavab olaraq istənilən hərəkəti həm mənəvi, həm də hüquqi baxımdan tamamilə haqlıdır”, - Podolyak qeyd edib.