Türkiyə aprelin 18-dən kərə yağı və qaymağın ixracına məhdudiyyət tətbiq edəcək.
Milli.Az APA-ya istinadən xəbər verir ki, Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyi bu addımın kərə yağı və qaymaqda gələcəkdə yarana biləcək qıtlığın aradan qaldırılması üçün atıldığını bildirib.
Nazirlik qarşıdan gələn turizm mövsümü, bu ilin ikinci yarısında yarana biləcək tədarükün azalması səbəbindən ərzaq təhlükəsizliyində problemlərin qarşısını almaq üçün aprelin 18-dən etibarən qüvvəyə minən yağ və qaymaq ixracını dayandırıb.
Məhdudiyyətin nə vaxt aradan qaldırılacağ isə məlum deyil.