Ukraynanın “Neptun” raketi ilə Rusiyanın Qara dəniz donanmasına məxsus “Moskva” kreyserini vurması Rusiya üçün çox mühüm itkidir.

Bu gəmi 2008-ci ildə Gürcüstanın atəşə tutulmasında iştirak edib. 2014-cü ildə Krımın ilhaqı zamanı aktivlik göstərib, 2016-da Suriyaya qarşı döyüşlərdə iştirak edib. Ən maraqlı məqam odur ki, bu kreyserin əsası 1976-cı ildə Ukraynanın Nikolayev şəhərində qoyulub, 1983-də istismara verilib. Ukraynada əsası qoyulan kreyserin elə Ukrayna ərazisində də fəaliyyətinə son qoyuldu.

Bu sözləri Axar.az-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib.

“Qeyri-rəsmi məlumatlara görə, Rusiya müdafiə naziri bu xəbərdən sonra infarkt keçirib. Rusiya qurudakı uğursuzluğundan sonra ən çox “Moskva” kreyserinin dəstəyinə ümid edirdi. Artıq Rusiya Qara dənizdəki gəmilərinin zərbə ala bilməsindən ehtiyat edir və gəmiləri geri çəkib. Baltik dənizinə NATO-nun birinci daimi dəniz qüvvələri daxil olub. Bu da Rusiya üçün narahatlıq yaradıb. Rusiya isə kreyserin batması hadisəsinin mahiyyətini kiçiltməyə çalışır. Guya bu, dənizçilərin səhlənkarlığı ucbatından baş verib”, - ekspert qeyd edib.

Polkovnik bildirib ki, kreyserdə S-300 “Favorit” zenit-raket kompleksləri var idi:

“Həmçinin kreyser 16 müxtəlif hədəfi eyni anda sıradan çıxarma gücünə malik idi. Təxminən, 750-800 milyon dollar dəyərində olan bu kreyserdə xeyli məxfi avadanlıqlarlar mövcud idi. Bunun Ukrayna və ya NATO-nun əlinə keçməməsi üçün Rusiya gəmini uzaqlaşdırmağa çalışdı. Onsuz da bərpası mümkün deyildi. Buna sərf edəcəyi pulla Rusiyanın yeni kreyser hazırlaması daha asan başa gələrdi”.

Ü.Cəfərov deyib ki, Rusiyanın başqa gəmiləri də var, amma “Moskva” flaqman idi:

“Moskva” flaqman gəmisi, Qara dəniz donanmasının onurğa sütunu idi. Kreyserdə radar sistemi var idi. Yüz kilometrlərlə məsafədən təyyarələri təsbit edib, məlumatı ötürürdü. Bu səbəbdən Ukrayna üçün kreyserin məhvi mühüm hadisədir. Artıq Ukraynanın Xarkov, Odessa kimi şəhərlərinin atəşə tutulma təhlükəsi azaldı. Hətta Zelenski buna ironiya ilə münasibət bildirdi ki, Ukrayna üçün təhlükə yaradan şəxsi heyətin ixtisarına yalnız sevinə bilərik. Faktiki olaraq 496 nəfərin taleyi hələ bəlli olmasa da, istənilən halda artıq onlar döyüş qabiliyyətində deyillər”.

29 Noyabr 2024 Tramp Maskla belə əyləndi - Video
29 Noyabr 2024 Azərbaycanda bu internet provayderləri ləğv edilir
29 Noyabr 2024 Özgür Özəl barəsində istintaq başladı
29 Noyabr 2024 Kremldən Əsədin gizli səfərinə müəmmalı cavab
29 Noyabr 2024 Kobaxidze AB-yə xəbərdarlıq etdi: səfiri qova bilər
29 Noyabr 2024 Dekabr ayının havası: yağış, qar…
29 Noyabr 2024 Əsəd qardaşını islamçılarla döyüşə göndərdi
29 Noyabr 2024 Suriyada yeni hücuma Kremldən reaksiya
29 Noyabr 2024 Papa Türkiyəyə səfər edəcək
29 Noyabr 2024 HƏMAS İsrail avtobusuna hücum etdi: 9 yaralı
29 Noyabr 2024 HƏMAS İsrailə mümkün güzəştləri müzakirə edir
29 Noyabr 2024 Suriyada “türkyönlülər” 90 vaqnerçini məhv etdi
29 Noyabr 2024 Tiflisdə aksiya: 43 nəfər saxlanıldı, 32 polis yaralandı
29 Noyabr 2024 2025-ci ildə Günəş fırtınaları olacaq, internet çökəcək
29 Noyabr 2024 Orduya əmr verdim, bu halda müharibə olacaq - Netanyahu
29 Noyabr 2024 Qazaxıstanda buna hazırıq - Putin
29 Noyabr 2024 Putin heç kimə bunu etməyə icazə vermir
29 Noyabr 2024 Bütün cəbhə xəttini qorumağa əsgərimiz yoxdur - Polkovnik
28 Noyabr 2024 Ruslara evdə şir, tülki...saxalamaq yasaq edilir
28 Noyabr 2024 Baydenin təşəbbüsü gec, lakin vacib addımdır - Ərdoğan
28 Noyabr 2024 KTMT Qarabağda İrəvanın tərəfində vuruşmamalı idi...
28 Noyabr 2024 Putin hədələdi: Kiyev nüvə silahı əldə etsə...
28 Noyabr 2024 Putin elan etdi: PUA qoşunları yaradırıq!
28 Noyabr 2024 Gürcüstan Avropa Birliyinin qrantlarından imtina etdi
28 Noyabr 2024 Gün ərzində hər şey ola bilər! - Putindən maraqlı cavab
28 Noyabr 2024 AB Ukraynaya 18,1 milyard avro kredit ayırır
28 Noyabr 2024 İsrail HƏMAS-ın raket anbarını məhv etdi
28 Noyabr 2024 Putin açıqladı: Yeni əraziləri ələ keçirəcəyik!
28 Noyabr 2024 Şoyqudan Qərbə: Nüvə doktrinasını diqqətlə oxuyun!
28 Noyabr 2024 İsrail meydan oxudu: İranın strateji sərvətini məhv etdik!