Rusiyalı hərbçilər Bryansk vilayətinin Klimovo kəndini atəşə tutub və bunda Ukraynanı günahlandırıb.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bildirilir ki, Ukrayna Təhlükəsizlik Xidməti rusiyalı hərbçi ilə həyat yoldaşı arasında müvafiq söhbəti dinləyib:
“Belə etmək lazımdır. Xaxolların provokasiya törətdiyini deməliyik. Eyni axmaqlıq Çeçenistan müharibəsində də olub. Moskvada mənzilləri partladıblar, guya ki, bunu terrorçular edib. Əslində, onlar dövlət təhlükəsizliyi əməkdaşları idi”, - söhbətdə deyilir.
Qeyd olunur ki, rus hərbçinin dinlənilən söhbəti Kremlin təkcə öz hərbçilərinə deyil, həm də atəşdən əziyyət çəkən mülki ruslara biganə olduğunu göstərir.