Ukraynada genişmiqyaslı müharibənin növbəti günləri və həftələri logistika döyüşünə çevriləcək.
Axar.az xəbər verir ki, bunu Britaniya hərbi kəşfiyyatının keçmiş rəhbəri, hava marşalı Fil Ozborn deyib.
“Rusiya ordusu Donbasda qeyri-mütənasib qüvvələr yaratmağa və Ukrayna hərbçilərini xeyli üstələməyə çalışır. Rusiya Mariupolu ələ keçirmək istəyir, çünki onun qoşunları şərqdəki hücumu dəstəkləmək üçün məhz oradan şimala doğru hərəkətə başlamaq niyyətindədir”, - kəşfiyyatçı bildirib.
Ozborn qeyd edib ki, Ukrayna hərbçilərinin problemi şərqə lazımi sayda silah və texnikanı zamanında çatdıra bilməməsi olacaq:
“Donbasdakı döyüş gələn ay müharibənin taleyini təyin edəcək”.