Rusiyaya sanksiyalar BMT tərəfindən təsdiqlənərsə, Türkiyə onlara əməl edəcək.
Axar.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Çavuşoğlu Türkiyənin bütün hərəkətlərinin beynəlxalq hüquqa əsaslandığını bildirib:
“Türkiyə BMT səviyyəsində razılaşdırılmış və təsdiq edilmiş bütün məhdudiyyətlərə əməl edəcək. Türkiyə regionda prinsipial və balanslaşdırılmış siyasətini davam etdirəcək”.