Rusiya Prezidenti Vladimir Putin Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşdən imtina etmir, lakin zəmin hazırlanmalıdır və hələlik sənədin mətni yoxdur.
Axar.az xəbər verir ki, bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib.
“Hələlik görüş barədə yenilik yoxdur. Prezident heç vaxt belə bir görüşdən prinsipial olaraq imtina etməyib. Lakin bunun üçün müvafiq şərtlər, yəni sənədin mətni hazırlanmalıdır”, - o bildirib.
Qeyd edək ki, bir müddət əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiya Prezidenti Vladimir Putinin Vladimir Zelenski ilə görüşünün uzaq olmadığını, hər şeyin Rusiya liderinin razılığından və mövqeyindən asılı olduğunu bildirmişdi.