Hindistanın Andhra Pradeş ştatında əczaçılıq fabrikində yanğın baş verib.
Axar.az xəbər verir ki baş verən yanğın nəticəsində 6 nəfər ölüb, 13 nəfər yaralanıb.
Polisdən verilən açıqlamada əyalətin dərman fabrikində kimyəvi maddə sızması nəticəsində meydana gələn partlayış nəticəsində yanğının baş verdiyi bildirilib.