Avropanın Türkiyə və Rusiya ilə əlaqələrini yenidən dəyərləndirməsi vacibdir.
Əks təqdirdə Avropa sülh içində yaşaya bilməz.
Axar.az xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron “Le Point” jurnalına verdiyi müsahibə zamanı deyib.
Makron Avropanın daha geniş bir sülh, iqtisadi əməkdaşlıq və sərbəst hərəkət sahəsi üzərində düşünməli olduğunu da qeyd edib:
“Qərbin zəifliyi Putini Ukraynaya qarşı müharibəyə cəsarətləndirdi”, - Makron bildirib.