Rus qoşunlarının Kiyev ərazisindən geri çəkilməsinə və Ukrayna qüvvələrinin qələbəsinə baxmayaraq, Rusiyanın Ukraynaya qarşı müharibəsi bitməkdən çox uzaqdır.
Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken deyib.
“Rusiya Ukraynanın şərqində və cənubunda hücumları bərpa etmək üçün qüvvələrini ora yenidən yerləşdirir. ABŞ və Ukraynanın müttəfiqləri ona azadlığı uğrunda mübarizənin növbəti mərhələsində əlavə hərbi yardımı artırmalıdırlar”, - o bildirib.